

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və İran iqtisadi əlaqələrinin əsas sütunlarından biri nəqliyyat-logistika sahəsindəki əməkdaşlıqdır. Son illər bu sahədə atılan addımlar və aparılan infrastruktur layihələri göstərir ki, tərəflər regionun mühüm tranzit mərkəzinə çevrilməkdə qərarlıdır. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan Şimal-Cənub nəqliyyat dəhlizi, bu strategiyanın mərkəzi elementidir. Bu dəhliz Hindistandan Avropaya qədər uzanan, İran və Azərbaycan ərazisindən keçən vacib ticarət marşrutudur.
Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, cənb Prezidentin sözləri ilə desəm; “Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək.” Azərbaycan artıq öz ərazisində lazımi infrastruktur layihələrini həyata keçirib. Prezident Əliyev çıxışında vurğulayır: “İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.” Bu fikirlər göstərir ki, Azərbaycan nəinki bu dəhlizə daxil olmaqla kifayətlənir, həm də regionun əsas yük ötürücü qovşaqlarından birinə çevrilmək məqsədi güdür. Bu isə uzunmüddətli iqtisadi planlaşdırma və regional liderlik deməkdir. Digər tərəfdən, bu əməkdaşlıq təkcə infrastrukturla məhdudlaşmır. Cənab Prezident İlham Əliyev çıxışında deyir: “Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Birinci mərhələdə hörmətli Prezidentlə təkbətək və məhdud tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparılmışdır. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək. Ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi.” Bu, iqtisadi əlaqələrin kompleks şəkildə inkişaf etdiriləcəyini və investisiya, sənaye, kənd təsərrüfatı kimi sahələrə də şamil olunacağını göstərir. Əgər Şimal-Cənub dəhlizi uğurla həyata keçirilərsə, bu, Azərbaycan və İran iqtisadiyyatına milyardlarla dollar həcmində əlavə gəlir gətirə bilər. Ən önəmlisi isə, bu dəhliz bölgədəki iqtisadi əməkdaşlığın və qarşılıqlı asılılığın artmasına səbəb olaraq, siyasi sabitliyə də töhfə verəcək. Bu iqtisadi inteqrasiya, eyni zamanda, siyasi sabitliyin iqtisadi təməlini möhkəmləndirir. Azərbaycan və İran iqtisadi əlaqələrinin əsas sütunlarından biri nəqliyyat-logistika sahəsindəki əməkdaşlıqdır. Son illər bu sahədə atılan addımlar və aparılan infrastruktur layihələri göstərir ki, tərəflər regionun mühüm tranzit mərkəzinə çevrilməkdə qərarlıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi; “İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.” Bu fikirlər göstərir ki, Azərbaycan nəinki bu dəhlizə daxil olmaqla kifayətlənir, həm də regionun əsas yük ötürücü qovşaqlarından birinə çevrilmək məqsədi güdür. Bu isə uzunmüddətli iqtisadi planlaşdırma və regional liderlik deməkdir. Digər tərəfdən, bu əməkdaşlıq təkcə infrastrukturla məhdudlaşmır. Azərbaycan, öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib və hazırda artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarını və infrastrukturunu genişləndirir. Bu, Azərbaycanın nəqliyyat və logistika sahəsində regional liderliyə iddialı olduğunu sübut edir. Azərbaycan və İran arasında mədəni və humanitar əlaqələr, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyev bildirib ki, “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Mədəniyyətimiz də ortaqdır.” Bu, iki ölkə arasında ortaq tarixi və mədəni bağların mövcudluğunu göstərir. Ümumiyyətlə, Azərbaycan və İran arasında mədəni-humanitar əlaqələr, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır və gələcəkdə daha da inkişaf etdiriləcəkdir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər