Belə səfərlərin böyük əhəmiyyəti var


Qazaxıstan bizim üçün həm qardaş məmləkətdir, həm də müttəfiq, vacib tərəfdaşlarımızdan biridir. Çünki bizim xeyli sayda razılaşmalarımız var. İnsanların, yüklərin daşınmasında Qazaxıstanla zəncirvari proses yaratmışıq. Ona görə də bir-birimizi tamamlayırıq. İntermodal daşınmalardan söhbət gedirsə, həm yerdə, həm havada, həm də dəniz üzərində daşımalar nəzərdə tutulur ki, biz onları da uğurla həyata keçiririk. Amma Bakı ilə Astana arasında həm də strateji tərəfdaşlıq, eləcə də hərbi sənaye kompleksində də yaxınlığımız var. Təsadüfi deyil ki, biz bir neçə dəfə birgə hərbi təlimlər keçirmişik. Qazaxıstan və Azərbaycanın silahlı birləşmələri bu işdə vahid tərzdə fəaliyyət göstəriblər. Bu ondan xəbər verir ki, biz ilk növbədə təhlükəsizlik və sabitliyin qorunmasında bir-birimizə güvənirik. Həm də birgə səylərlə həmahəng hərəkət edirik. Bu sahədə böyük təcrübəmiz var. Bu, heç kim üçün sirr deyil. Vaxtilə Heydər Əliyevin dövründə Qazaxıstanın birinci prezidenti ilə təməl daşı qoymuşdular ki, bizim dövlətlərimiz həm qardaşdırlar, həm Türk Birliyinin yaxın üzvləridir, gərək bunlar həmişə bir-biri ilə yaxın əlaqədə olsunlar, siyasi elitasının bir-birindən xəbəri olsun. Təsadüfi deyil ki, son illər ərzində biz Prezident İlham Əliyevin bir neçə səfərinin şahidi olmuşuq. İndi növbəti səfərdir.
Bu, birinci dəfə deyil ki, Azərbaycan liderini belə səviyyədə olan tədbirlərə dəvət edirlər. Birincisi, biz həm coğrafi baxımdan bir-birimizə sıx bağlıyıq, digər tərəfdən Türk Birliyinin fəal üzvləriyik. Bakı, Astana, Daşkənd, Bişkek və Aşqabadda biryerdəyik. Amma bu 2-3 ölkə ilə Azərbaycan daha yaxından əməkdaşlıq edir. Bu həmkarlığın da böyük faydalarını görürük. Pandemiya dövründə ölkələrimiz arasında daşımalarda 33% civarında artım olmuşdu. Bu, özünəməxsus göstərici idi. Çünki o zaman bütün dövlətlər qapılarını bağlamışdı, çalışırdılar ki, özünütəcrid siyasətini həyata keçirsinlər. Amma Prezident İlham Əliyev Türk Dövlətlərinin növbədənkənar fövqəladə sammitini videoformatda keçirməklə bəlli etdi ki, biz özümüzü qoruya bilirik, milli səviyyədə proqramlarımız var, amma həm də daşımalardan imtina etmirik. Çünki daşımalar ölkələrimizə iqtisadi divident gətirir. Digər tərəfdən pandemiya ilə bağlı lazımi ləvazimatları, tibbi vasitələrinin daşınmasında yaxından iştirak edirdik. Dövlətlərimizin rəhbərləri səviyyəsində dialoq həmişə yüksək səviyyədə keçir. Bu dialoq praqmatizim səviyyəsində köklənmiş dialoqdur.
Elmar Allahverdiyev-Elmi Tədqiqat Tərəvəzçilik İnstitunun direktoru


Tarix: 12-08-2024, 10:19


Bölməyə aid digər xəbərlər