
Batumi şəhərində “Grand Bellagio Championship-2” kikboksinq və MMA üzrə beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, bu şəhərdə ikinci dəfə keçirilən turnirdə səkkiz döyüşdən altısı kikboksinq, ikisi isə MMA qaydaları əsasında təşkil edilib.
Çempionatda Azərbaycan, Türkiyə, Gürcüstan, İsrail, Belçika, İran, Uqanda, Qazaxıstan və Ermənistandan müxtəlif çəki dərəcələrində idmançılar iştirak ediblər.
Azərbaycanı bu çempionatda 4 idmançı təmsil edib.
Turnirdə MMA qaydalarına əsasən 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Yusif Qasımov qazaxıstanlı rəqibi Ulan Tambaqayevə boğucu fəndlə qalib gələrək üçrəngli bayrağımızı başı üzərinə qaldırıb.
Gecənin ən maraqlı və əsas döyüşü isə Gürcüstanda yaşayan azərbaycanlı idmançı, kikboksinq üzrə 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev ilə Uqandadan gəlmiş qitə və üç qat dünya çempionu Umar Semata arasında olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Alim Nəbiyev rəqibi üzərində parlaq qazanıb.
A.Nəbiyev bununlada keçirdiyi 64 döyüşdən 56-cı qələbəsinə təmin edib.
Turnirdə yadda qalan maraqlı məqamlardan biri də Azərbaycandan gələn idmnçılaımızın rinqə Azərbaycan bayrağı və musiqisi altında daxil olmaları olaub.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, Batumidəki Baş konsulluğun əməkdaşları, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları idmançılarımıza dəstək olmaq üçün tədbirə qatılıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi






Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.