Ziyəddin Quliyev: Gücümüz həmrəyliyimizdir

Ziyəddin Quliyev: Gücümüz həmrəyliyimizdir

"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - Azərbaycanın gücünün və iqtisadi qüdrətinin artması beynəlxalq nüfuzunun yüksəlməsinə və  dünya dövlətlərini ölkəmizlə əməkdaşlıq etməyə sövq edir. Məhz Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin oktyabrın 23-də Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə keçirilən siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və digər məsələlərin müzakirə edildyi XVI BRICS Sammitində iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi dəvət etməsi bu qəbildəndir.

Bu il BRICS-ə rəhbərlik Rusiyadadır və Moskva Bakını BRICS-ə qəbul olmaqda dəstəkləyir. Azərbaycan Rusiya ilə yaxın müttəfiqdir və hətta iki il əvvəl imzaladığı bəyannamə ilə qarşılıqlı öhdəlik götürüb ki, beynəlxalq məsələlərdə eyni və ya yaxın mövqe nümayiş etdirsinlər. Bizim niyyətimiz BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir və BRICS-ə üzvlük Azərbaycan üçün Rusiya və Çinlə əməkdaşlığın daha da genişləndirmək üçün platforma ola bilər.

İLHAMLI AZƏRBAYCAN dünya miqyaslı dövlət tədbirinə ev sahibliyi edəcək. 197 dünya liderinin qatılacağı  Tərəqqi Konfransında dünya iqlim dəyişkənliyi, onunla mübarizə, bu sahədə dünya həmrəyliyi, yaşıl enerjiyə, yaşıl iqtisadiyyata  keçid Konfransın  ana xəttini təşkil edəcək. Külək və Günəş elektirik  stansiyalarının müsbət nəticələri, yaşılliq, onun qorunması , becərilməsi, profilaktik işlər Ölkə Başçımız  İlham Əliyevin rəhbərliyi altında öz inamlı və ilhamlı nəticələrni verir, dünya dövlətləri bu addımları alqışlayır. hətta COP 29-a hazırlıq işləri barədə dünya liderləri öz mətbu  orqanlarında ürəkaçan yazılarla çıxış edir, tədbirlərdə Azərbaycanın ev sahibliynə müsbət rəylərni bildirir, bəhrələri etraf edirlır. bu  birbaşa Prezidentimiz İlham Əlyevin müdrik siyasətinin məhsuludur. Uşaqdan böyüyə hər kəs yaşıl enerjiyə keçidi dəstəkləyir, dünya həmrəyliynə qoşulur,  iqtisadiyyata verəcəyi yaşıl töhfələri əvvəlcədən duyur və bu siyasəti alqışlayır. Biz ziyalı elm xadimləri, alimlər, pedaqoqlar tələbələrmizə, sakinlərmizə COP 29-un Ölkə və Dünya əhəmiyyətindən danşaraq bu sahədə dunya həmrəyliyinin  məhz Azərbaycandan dünyaya yayılması Tarixi, Şanlı Qələbəmizdən sonra əldə etdiyimiz  tarixi hadisələrdən ən  önəmlisidir. COP 29 yaşıl cənnət, yaşıl həyat, yaşıl dünya, sağlam həyat deməkdir. COP 29 yaşıl enerji, yaşıl iqtisadiyyat deməkdir. COP 29 dünya həmrəyliyidir. İqlim dəyişkənliyinə qarşı  Dünya  Həmrəyliyidir.

Yaşıl enerjiyə keçid insan sağlamlığı üçün zəruridir. Dünyada yayılan xəstəliklərdən qurtulmaq  üçün dünya dövlətlərinin həmrəyliyi, bu yolda  mübarizə aparmaqları, sağlam, yaşıl, həyat naminə yaşam eşqi, yaşıl iqtisadiyyata  addım  kamil siyasətimizin  uğur zirvəsidir. Nə qədər yaşıllıq olarsa, o qədər oksigen olar. Nə qədər tullantılar, zibilər , zərərli tüstülər yox  olarsa, o qədər oksigen  artar, insanlar sağlam yaşayar, yaşıl həyat çiçəklənər, iqtisadiyyat  tərəqqi və inkişaf dövrünün zirvəsinə çatar.

COP 29 öz parlaq nəticələrini  verəcək. Xarici qonaqlar dünyaya səs salan Azərbaycanımızın qonaq pərvərliyini görəcək , Müzəffər Ordumuzun gücü ilə yaxından tanış olaraq Şanlı qələbəmiz  və Azərbaycanımız haqqında  Zəfərli həqqətləri dünyaya bəyan edəcəklər, hamılıqla QARABAĞ AZƏRBAYCANDİR  söyləyib AZƏRBAYCANIMZLA qürur duyacaqlar.


Tarix: 28-10-2024, 11:28


Bölməyə aid digər xəbərlər