
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində “Həmkarlar İttifaqları və əmək qanunvericiliyi: əsas istiqamətləri, problemləri, perspektivləri” mövzusunda təlim proqramı başa çatıb.
7-11 aprel 2025-ci il tarixlərində təşkil edilən təlimlərin məqsədi həmkarlar ittifaqı üzvlərinin əmək qanunvericiliyi, idarəetmə prinsipləri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
İştirakçılar Əmək Məcəlləsi, əmək hüquqları, əmək müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi qaydaları, eləcə də bu sahədə həmkarlar ittifaqlarının rolu ilə bağlı ətraflı məlumatlandırılıblar.
Təlimlər iştirakçıların peşəkarlıq səviyyəsinin yüksəlməsinə, bilik və bacarıqlarının artırılmasına, eləcə də əmək münasibətlərinin tənzimlənməsi sahəsində effektiv yanaşmaların tətbiqinə və həmkarlar ittifaqlarının fəaliyyətinin səmərəli təşkilinə töhfə verəcəkdir.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.






Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.