Bir Xalqın qurtuluşu...

Bir Xalqın qurtuluşu...
Tarix sübut edir ki, xalqların daxilində birlik olmadığı zaman və fərdlərin öz mənafeyini xalqın mənafeyindən üstün tutduğu anlar xarici hücumlardan, müharibələrdən belə təhlükəlidir. Təssüflər olsun ki, Azərbaycan xalqı bu halların hamısını eyni anda yaşamaq məcburiyyətində qalmış, 1988-ci ildən başlanan Qarabağ müharibəsinin fonunda ölkədə daha gərgin vəziyyət yaranmış, xalqın özünə başbilən hesab etdiyi adamlar hakimiyyət eşqi ilə özləri də bilmədən düşmən qüvvələrin arzularını həyata keçirtmişdirlər. 15 iyun günü baş tutan bu qayıdış tarixdə sonradan öz dəyərini alaraq “ Qurtuluş günü “ kimi qeydə alınmışdır.
1993-cü il 15 iyun tarixində Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev öz tarixi çıxışında qarşısında duran müqəddəs borca sadiqliyini vurğulamış, demoktarik Azərbaycanın inkişafı uğrunda əlindən gələni edəcəyini bildirmişdir. O demişdir ki, Azərbaycan xalqının başına bundan sonra nə gəlirsə gəlsin o öz müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Mənə elə gəlir ki, bu sözlər Azərbaycan xalqı üçün bir miras rolunu oynayır, çünkü bu xalq artıq nə olsa belə öz azadlığından, müstəqilliyindən vaz keçməməli olduğunu öz baş komandanından və Azərbaycanın olum və qalım savaşı verdiyi bir zamanda onun olması üçün rol oynayan əsas fiqurdan eşitmişdir.
1993-cü il 24 iyun tarixli iclasda Milli Məclis prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bundan sonra eyni zamanda prezident kimi vəzifə icra edən Heydər Əliyev tezliklə ölkədəki separatçılıq hallarının qarşısını aldı və artıq vahid xarici düşmənə qarşı mübarizə əsas hədəf oldu. Bütün bunların gedişində ən önəmli məsələ Azərbaycan xalqının inandığı və güvəndiyi bir qüvvənin olması idi. Artıq xalq kimə güvənəcəyini bilirdi, düzdü vəziyyət hələdə pis olaraq qalırdı, çünkü hərşey bitmiş deyildi, lakin xalqa yön verə biləcək, düzgün strateji addımlar seçə biləcək vahid komandanlıq var idi artıq. Ulu öndər Heydər Əliyev tezliklə ölkədə bir çox məsələləri qanunçuluq və demokratizim prinsiplərinə əsaslanaraq tənzimlədi və güclü bir Azərbaycanın ilk bünövrəsini qoydu. O bünövrə üstündə bügünkü güclü Azərbaycan mövcuddur. Məhz qoyulan düzgün strategiya nəticəsində o zaman itirdiklərimizi də 2020-ci ildə Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyev və Heydər Əliyevin güvəndiyi xalqı geri qaytardı. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”
Zamanın xeyrimizə irəlilədiyini nəzərə alsaq hələ gözəl günlərin bizi gözlədiyini bilmək olar...Daha böyük arzuların yerinə yetəcəyindən, daha daha böyük uğurlar əldə edəcəyimizdən əminik...Yaşasın müstəqil və bütöv Azərbaycan!!!

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
tarix müəlliməsi Xəyalə Əsgərli


Tarix: 10-06-2025, 15:25


Bölməyə aid digər xəbərlər