Xaçmaz rayonu Qaradağlı kənd sakini şəhid Ağami Əlişanovun anası Dilbər Əhmədova və Manafoba kənd sakini şəhid Tural Ağabəyovun həyat yoldaşı
Turanə Ağabəyova eksternat qaydada imtahan verərək tam orta təhsil haqqında attestat almışdır.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev tərəfindən attestatlar məzunlara təntənəli surətdə təqdim olunmuş və onları təbrik etmişdir.
Sektor müdiri həmçinin bildirib ki, hər iki şəhid ailə üzvü Regional Təhsil İdarəsinin rəhbərliyinin tapşırığına əsasən yaxın günlərdə Xaçmaz rayon ümumtəhsil müəssisələrində işlə təmin olunacaqlar.
Hər iki şəhid ailə üzvü Dövlətimizin və Prezident cənab İlham Əliyevin şəhid ailə üzvlərinə diqqət və qayğısından çox razı qaldıqlarını bildirərək təşəkkür etmiş və həmçinin Elm və Təhsil Nazirliyinə həssas davranışa görə minnətdar olduqlarını bildirmişdir.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.