Azərbaycanın qazandığı tarixi Zəfər və ərazi bütövlüyünün bərpası təkcə milli qələbə deyil, həm də bölgədə ədalətin və beynəlxalq hüququn bərpasıdır

Azərbaycanın qazandığı tarixi Zəfər və ərazi bütövlüyünün bərpası təkcə milli qələbə deyil, həm də bölgədə ədalətin və beynəlxalq hüququn bərpasıdır
Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan,Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev,Qırğız Respublikasının Prezidenti Sadır Japarov,Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban,Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov,Şimali Kipr Türk Cümruhiyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə iştirak ediblər.
Türk Dövlətləri Təşkilatı bu gün sadəcə əməkdaşlıq platforması deyil, eyni zamanda mühüm geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Prezident İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı vurğuladı ki, təşkilatın beynəlxalq səviyyədə nüfuzu getdikcə artır və bu, ortaq tarix, mədəniyyət və milli-mənəvi dəyərlərin birliyindən qaynaqlanır.
Azərbaycanın təşkilatın işinə verdiyi töhfələr, o cümlədən Katibliyin fəaliyyətinə göstərilən dəstək, ölkəmizin Türk dünyasındakı aparıcı mövqeyini bir daha nümayiş etdirir. Prezidentin fikrincə, sülh və təhlükəsizlik hər bir dövlətin inkişafının əsas şərtidir və bu istiqamətdə Türk Dövlətləri Təşkilatı mühüm rol oynayır.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki,təhlükəsizlik təmin olunmadan davamlı inkişaf mümkün deyil. Azərbaycanın qazandığı tarixi Zəfər və ərazi bütövlüyünün bərpası təkcə milli qələbə deyil,həm də bölgədə ədalətin və beynəlxalq hüququn bərpasıdır.
Bu gün Türk dünyasının həmrəyliyi,qarşılıqlı etimadı və ortaq məqsədləri sayəsində Təşkilat regional və qlobal miqyasda mühüm güc mərkəzinə çevrilməkdədir. Prezident İlham Əliyevin sözləri ilə desək,bizi birləşdirən köklər gələcək nəsillər üçün sabitlik, inkişaf və qardaşlıq təməlinə çevriləcəkdir.

Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Zahidə Əzizova


Tarix: Bu gün, 11:09


Bölməyə aid digər xəbərlər