“Heç bir hüquqi və faktoloji əsas yoxdur” -Mikayıl İsmayılov haqqında yayılan iddialar əsassızdır

“Heç bir hüquqi və faktoloji əsas yoxdur” -Mikayıl İsmayılov haqqında yayılan iddialar əsassızdır

Ötən gün bir sıra media resurslarında SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun guya Ramiz Mehdiyevlə əlaqələri barədə məlumatlar yayılıb. Həmin məlumatda Mikayıl İsmayılovun Ramiz Mehdiyevlə xüsusi əlaqələrinin  olduğu qeyd edilib.
Manşet.az məsələ ilə bağlı Mikayıl İsmayılovun vəkili Şaiq Mirzəyevlə əlaqə saxlayıb. O, açıqlamasında bu məlumatların yalan olduğunu deyib:
“Son günlər mətbuatda Mikayıl İsmayılov barəsində yayılan məlumatlar həqiqətə uyğun deyil. Mikayıl İsmayılovun Ramiz Mehdiyevlə heç bir xüsusi əlaqəsi olmayıb. Bunun hüquqi, faktoloji və sənədli əsası yoxdur. Məlumatlar Mikayıl müəllimin reputasiyasına zərbə vurmaq məqsədilə yayılmış dezinformasiyadır.

Bir daha bildiririk ki, qeyd edilən ittihamların heç biri reallığa uyğun deyil və hazırda bu məlumatları yayan media subyektləri barədə hüquqi prosedurların başlanması nəzərdən keçirilir. Jurnalistlər yaydıqları məlumatların məsuliyyətini dərk etməli, onları araşdırmalı və rəsmi mənbələrə istinad etməlidirlər".

P.S.Sonda onu qeyd etmək lazımdır ki,Mikayıl İsmayılov daima vətəndaşlara yüksək diqqət və qayğı ilə yanaşıb.Köməyə ehtiyacı olan heç kimi geri çevirməyib.Yüzlərlə tələbə var ki,onlar təhsilini məhz Mikayıl müəllim hesabına başa vurub.Mikayıl İsmayılov təhsil,səhiyyə,idman və gənclik adına çox işlər görüb.Allah qorusun...


Tarix: 7-11-2025, 11:37


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930