Azərbaycanın bir çox bölgələrində əsas infrastruktur layihələri artıq başa çatıb

Azərbaycanın bir çox bölgələrində əsas infrastruktur layihələri artıq başa çatıb

12 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul etmişdir. Görüş zamanı dövlət başçısı ölkənin qarşısında duran əsas vəzifələr, idarəetmə prinsipləri, sosial ədalət və regionların inkişafı barədə mühüm istiqamətləri açıqlamışdır.Bu çıxış, həm Naxçıvan, həm də ümumilikdə Azərbaycan üçün yeni idarəetmə mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezidentin nitqi təkcə icra başçılarına ünvanlanmış bir çıxış deyil, həm də dövlətin gələcək inkişaf kursunun birmənalı ifadəsi idi.Prezident İlham Əliyev qeyd etmişdir ki, icra başçılarına böyük etimad göstərilir və bu etimadı doğrultmaq hər bir rəhbərin mənəvi borcudur:“Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşınızda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz.”Bu sözlər dövlət idarəçiliyində məsuliyyətli yanaşmanın, vicdanla xidmətin və xalqa sədaqətin vacibliyini bir daha önə çəkdi. Prezident vurğuladı ki, rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalı, xalqla ünsiyyətdə səmimi və ədalətli davranmalıdır.
Dövlət başçısı çıxışında sosial ədalət prinsipini ölkə siyasətinin təməl istiqaməti kimi təqdim etdi:“Əsas prinsip sosial ədalət prinsipidir.”Bu, ölkədə həyata keçirilən bütün islahatların və qərarların mərkəzində insan amilinin dayandığını bir daha göstərir. Prezidentin fikrincə, məmur öz fəaliyyətində hər zaman sosial məsuliyyəti ön planda saxlamalı, vətəndaşların rifahına xidmət etməlidir.Prezident İlham Əliyev regionların davamlı inkişafı ilə bağlı mühüm məsələlərə də toxunmuşdur. Bildirilmişdir ki, hazırda Azərbaycanın bütün şəhər və rayonlarında içməli su layihələri icra olunur, magistral yollar müasir standartlara tam cavab verir. Bu, regionların sosial-iqtisadi cəhətdən daha da güclənməsinə və vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.
Eyni zamanda, dövlət başçısı ətraf mühitin qorunmasının vacibliyini xüsusi vurğulamışdır:“Bölgələrdə ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir.”Bu, Azərbaycanın gələcək nəsillərə sağlam və yaşıl mühit bəxş etmək niyyətinin açıq ifadəsidir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bir çox bölgələrində əsas infrastruktur layihələri artıq başa çatıb. Qara şəhərin “Ağ şəhər”ə çevrilməsi kimi layihələr ölkəmizin urbanizasiya siyasətində yeni yanaşmanın simvoluna çevrilib.Bu istiqamətdə aparılan işlər həm regionların, həm də paytaxtın müasir simasını formalaşdırır və ölkənin beynəlxalq nüfuzunu artırır.
Çıxışda dövlət idarəçiliyində aparılan kadr islahatlarının da mühüm nəticələr verdiyi vurğulanmışdır:“Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.”Prezident qeyd etdi ki, bu islahatlar şəffaflığın, peşəkarlığın və məsuliyyətin artırılmasına xidmət edir. Yeni təyin olunan rəhbərlər xalqın inamını əməli fəaliyyəti ilə doğrultmalıdır.
Prezident İlham Əliyev çıxışının sonunda vurğuladı ki, regionlarda məşğulluq məsələləri dövlət siyasətinin əsas prioritetlərindən biridir. Yeni yaradılan iş yerləri, kənd

təsərrüfatının inkişafı, sənaye zonalarının genişlənməsi və turizm potensialının artırılması ölkə iqtisadiyyatına yeni nəfəs verir. Prezident İlham Əliyevin Naxçıvanda çıxışı Azərbaycan dövlətinin gələcək fəaliyyət istiqamətlərini aydın şəkildə müəyyən etdi. Bu çıxış həm icra başçıları, həm də ümumilikdə bütün dövlət qulluqçuları üçün bir növ fəaliyyət proqramı rolunu oynayır

Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
coğrafiya müəllimi Mail Kərimov


Tarix: Bu gün, 12:43


Bölməyə aid digər xəbərlər