
Gürcüstanda “Persona-2025” nominasiyasının qalibləri müəyyən olunub. AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov bu ölkədə fəaliyyət göstərən xarici ölkə jurnalistləri arasında “Persona 2025” nominasiyasının qalibi olub. Dekabrın 8-də mükafatların təqdimetmə mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanda 2013-cü ildən bəri hər il elm, təhsil, mədəniyyət, incəsənət, idman, tibb, informasiya təminatı və digər sahələrdə xüsusilə fərqlənən təşkilatlar və insanlar seçilir, onlar öz sahələri üzrə bu nominasiyanın qalibi elan olunurlar. Bu il Gürcüstanda fəaliyyət göstərən yerli və xarici informasiya agentlikləri və televiziyaları arasında da seçim keçirilib. Münsiflər heyətinin qərarına əsasən, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın bu ölkədəki əməkdaşı Xətayi Əzizov “Persona-2025”in mükafatına layiq görülüb.
Müsabiqənin təşkilat komitəsinin rəhbəri, “İnternational George” təşkilatının direktoru Nino Şalamberidze bildirib ki, AZƏRTAC Gürcüstanla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında obyektivliyi, məlumatların düzgünlüyü və qərəzsizliyi prinsiplərini qoruyub, eyni zamanda, iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsində xüsusilə seçilib.
Qeyd edək ki, Gürcüstanda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna, Fransa və İranın nüfuzlu agentliklərinin təmsilçiləri fəaliyyət göstərirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi








Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.