
Son günlər mətbuatda və sosial şəbəkələrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyəti ilə bağlı yayılan bəzi məlumat və şərhlərdə Yeni il münasibətilə təqdim olunan bayram hədiyyələrinin mahiyyəti məqsədli şəkildə yanlış kontekstdə təqdim olunur.
Yeni il bayramı ərəfəsində həmkarlar ittifaqları tərəfindən üzvlərə və onların ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlara bayram hədiyyələrinin verilməsi uzun illərdir mövcud olan sosial xarakterli ənənədir və bu təşəbbüs cari ildə də davam etdirilir. Bu təşəbbüslərin fərqli və təhrif olunmuş formada təqdim edilməsi isə məsələnin mahiyyətinə kölgə salmağa yönəldilib.
AHİK-in fəaliyyətinə bu cür yanaşmalar reallığı əks etdirmir, həyata keçirdiyi sosial təşəbbüslərin təhrifedici və qərəzli təqdimatı ictimai rəyin yanlış formalaşmasına səbəb olur.
AHİK daim həyata keçirdiyi sosial proqramlar barədə ictimaiyyətə rəsmi kanallar vasitəsilə dolğun məlumat verir.
İctimaiyyəti və media nümayəndələrini məsələlərə obyektiv yanaşmağa, sosial təşəbbüsləri təhrif olunmuş təqdimat predmetinə çevirməməyə çağırırıq.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.