
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki, “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.
Son illər həyata keçirilən ardıcıl və düşünülmüş enerji siyasəti nəticəsində Azərbaycan regionun aparıcı enerji mərkəzlərindən birinə çevrilib.
Cənub Qaz Dəhlizi çərçivəsində reallaşdırılan layihələr ölkəmizin təşəbbüskar və etibarlı tərəfdaş rolunu daha da gücləndirib. Bu dəhliz vasitəsilə Xəzər qazının Avropa bazarlarına çıxarılması təkcə iqtisadi dividendlər qazandırmır, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminində mühüm amil kimi çıxış edir. Hazırda Azərbaycan qazı bir sıra ölkələrin enerji balansında sabitləşdirici faktor rolunu oynayır.
Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici ölkəmizin beynəlxalq enerji bazarındakı rolunun ardıcıl şəkildə artdığını və enerji diplomatiyasının real nəticələr verdiyini aydın şəkildə göstərir.
Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.
Bu gün Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Qazaxıstan və Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və nəql olunan neftin həcmi ildən-ilə artır. Azərbaycan Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındadır və bunun üçün lazımı infrastruktura malikdir.
Ölkəmiz sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edir. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir..
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva
Bölməyə aid digər xəbərlər









