Cənub Qaz Dəhlizi layihəsi uğurla icra ediləcək

Cənub Qaz Dəhlizi layihəsi uğurla icra ediləcək

Bu gün Azərbaycan dünyada böyük nüfuz qazanıb və hörmətlə yanaşılan ölkəyə çevrilib. Bunun kökündə Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü məqsədyönlü siyasət dayanır. Məhz bu siyasətin, əldə edilən uğurların fonunda Vətən müharibəsində əldə edilən tarixi Zəfər yeni reallıqlar yaratdı. Həmin reallıqlar fonunda Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin qarşılıqlı səfərlər zamanı səslənən fikirlər ölkənin beynəlxalq nüfuzundan xəbər verir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 12-ci iclası və Yaşıl enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 4-cü iclası da dünyanın diqqət mərkəzində olub. Əvvəla, bu tədbir Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirdi. Tədbirdə iştirakçılığın miqyası, çıxışlarda səsləndirilən müsbət fikirlər və s. deyilənlərin əyani sübutudur. Digər tərəfdən, bu tədbir də bir daha təsdiq etdi ki, Azərbaycan bu gün ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün xilaskara çevrilib. Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Burada da Azərbaycanın rolu və fəallığı vurğulanmalıdır. Belə ki, Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Bu baxımdan, Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Azərbaycan müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru atılan addımların əsas təşəbbüscüsü və iştirakçısı olmaqla söz sahibliyini nümayiş etdirir.
Azərbaycanın bərpaolunan enerji strategiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2021-ci ilin fevralında qəbul edilmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri"nə əsaslanır. Beş əsas milli prioritetdən biri olan "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" prinsipi "yaşıl enerji"nin inkişafına geniş yol açır.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Tarix: Bu gün, 11:49


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031