
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin Maarifləndirilməsinə Kömək İctimai Birliyi və Elmi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Haqqını işarə et” adlı layihə çərçivəsində maarifləndirici video materiallar hazırlanmışdır. Layihənin rəhbəri Röya Həsənovadır.
Layihə çərçivəsində ümumilikdə 10 videoçarx ərsəyə gətirilmişdir. Videolarda jest dilindən istifadə olunmaqla, xüsusilə eşitmə məhdudiyyətli şəxslərin məlumatları daha rahat və dolğun şəkildə qavraması məqsəd kimi qarşıya qoyulmuşdur. Layihənin təqdimatı zamanı hazırlanan video materiallar ictimaiyyət nümayəndələrinə nümayiş etdirilmişdir. Videoçarxlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
“Haqqını işarə et” layihəsi inklüziv cəmiyyətin təşviqi, informasiya əlçatanlığının artırılması və həssas sosial qrupların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.




Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.