
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Kimdir Şəhidim” qrant layihəsinin bağlanış mərasimi həyata keçirilib
Layihə çərçivəsində şəhidlərimizin həyat yolu və qəhrəmanlıq tarixini əks etdirən məlumatların yer aldığı xüsusi veb-sayt hazırlanıb. Saytda şəhidlərin tərcümeyi-halı, harada təhsil aldıqları, ailə üzvləri, nə vaxt və hansı şəraitdə şəhid olduqları barədə məlumatlar, həmçinin şəhadət yerləri ilə bağlı interaktiv xəritələr təqdim olunur.
Bağlanış mərasimində layihə rəhbəri Pərviz Əlizadə çıxış edərək layihə haqqında məlumat verib, hazırlanmış veb-saytı iştirakçılara təqdim edib və platformanın məqsədi barədə ətraflı danışıb.
Layihənin əsas məqsədi şəhidlərimizin xatirəsini yaşatmaq, onların həyat yolu barədə məlumatları gənc nəsilə çatdırmaq və cəmiyyətdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə töhfə verməkdir.






Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.