
Görkəmli sənətkar, əvəzolunmaz səs sahibi Anatollu Qəniyevin 95 illik yubileyi böyük konsert proqramı ilə qeyd olundu .
aia.az xəbər verir ki, sənətsevərlər retro mahnıların işığına toplaşaraq sevimli sənətkarı yad etdilər. Anatollu Qəniyevin davamçısı olan oğlu,Xalq artisti Heydər Anatollu təşkil olunan bu möhtəşəm gecədə sənətkarın məşhur və dillər əzbəri nə çevrilən mahnılarını ifa edərək nostalji abu havası yaratdı.
Anatollu Qəniyevin səsinin və ruhunun daim yad olunduğu bu ocaqda böyüyən daha bir xələfi ,onun nəticəsi Natəvan Anatollu da ulu babasını çox sevdiyini və onun yolunu davam etdirəcəyini dedi. Ən böyük arzusu babalarının sənətini layiqli təmsil etmək olduğunu deyən balaca xanəndə Anatollu Qəniyevin repertuarından olan məşhur Reyhan mahnısını musiqisevərlər üçün səsləndirdi





Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.