Sabunçu rayonunda güclü yağıntılar nəticəsində yaranan subasma hallarının qarşısını almaq məqsədilə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Qanuninfo.az xəbər verir ki, Bakıxanov qəsəbəsi (Y.Əliyev, S.Vurğun, N.İsmayılov küçələri), Sabunçu qəsəbəsi (E.Mehdiyev küçəsi), Ramana qəsəbəsi (Firudun bəy Köçərli küçəsi), Yeni Ramana, Zabrat qəsəbəsi (Babək küçəsi), Zabrat-Maştağa şossesi, eləcə də Bilgəh qəsəbəsi (Azərbaycan Qadını küçəsi) ərazisində müvafiq işlər görülüb.
Drenaj xətləri açılıb, kanalizasiya şəbəkələri təmizlənib, suyun axıdılması təmin olunub. Nəticədə sakinlərin və nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib, yaşayış məntəqələrində təhlükəsizlik və rahatlıq təmin olunub.
Bu tədbirlər Sabunçu rayonunda yağışlı hava şəraitində yaranan problemlərin operativ həllinə, infrastrukturun qorunmasına və əhalinin gündəlik həyatının fasiləsiz davam etməsinə xidmət edir.
Bölməyə aid digər xəbərlər










