
Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə rayonun kommunal strukturları və ərazidə fəaliyyət göstərən aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərirlər. Gün ərzində normadan dəfələrlə artıq yağan intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması məqsədilə koordinasiyalı tədbirlər həyata keçirilir. Mövcud vəziyyət nəzərə alınaraq növbətçilik sistemi təşkil olunmuş və bu məqsədilə məsul şəxslər müəyyən edilmişdir.
Atvxeber.az xəbər verir ki, Belə ki, ərazi üzrə yağış sularının yığılmasının qarşısının alınması üçün xüsusi texnika və canlı qüvvə cəlb olunaraq su basmış küçələrdən suyun çəkilməsi, kanalizasiya xətlərinin və yağış barmaqlıqlarının təmizlənməsi işləri sürətləndirilmişdir. Eyni zamanda, yaranmış çətinliklərin minimuma endirilməsi üçün nəqliyyatın hərəkətinin bərpası, piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində də zəruri addımlar atılır.
Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən ərazidə fasiləsiz monitorinq aparılır, yaranan problemlərə dərhal müdaxilə edilir. Həmin ərazilərdə toplanmış yağış suyu dərhal nasos və xüsusi texnika vasitəsilə kənarlaşdırılır.
Aidiyyəti qurumlar tərəfindən görülən tədbirlər nəticəsində yağışın yaratdığı çətinliklərin qısa müddətdə aradan qaldırılması və rayon sakinlərinin normal həyat ritminin bərpa olunması istiqamətində işlər davam etdirilir.









Bölməyə aid digər xəbərlər










