23:14 / 23-06-2026
Yeni Suraxanı qəsəbəsində və ətraf ərazilərdə genişmiqyaslı abadlıq, quruculuq və infrastrukturun yenilənməsi işləri sürətlə davam etdirilir
23:20 / 15-06-2026
Məhburə Usubovaya Ən Səmimi Təbriklər və Xoş Arzular
00:14 / 13-06-2026
Uşaq sağlamlığının keşiyində duran etibarlı cərrah və nəcib insan
00:07 / 13-06-2026
Pirallahıda dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə töhfə verən məsuliyyətli idarəçi
00:03 / 13-06-2026
Qaradağın sosial inkişafına töhfə verən məsuliyyətli dövlət qulluqçusu
22:52 / 11-06-2026
Şahnaz xanım: 15 İyun – milli qürur və iftixar mənbəyi
22:48 / 11-06-2026
Təbriz Eyyubov: Müstəqilliyimizin başlanğıc günü
22:45 / 11-06-2026
Sahib Hüseynov: 15 İyun: Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış günlərdən biri
22:42 / 11-06-2026
Ədalət Əliyev: 15 İyun - milli qürur günü
22:39 / 11-06-2026
Zamiq Ələkbərli: Milli Qurtuluş Günü - milli birlik və həmrəyliyin təntənəsi
22:36 / 11-06-2026
Rizvan Müəllim: Milli Qurtuluş Günü: xalqın etimadı və xilaskar liderlik nümunəsi
00:17 / 11-06-2026
Zəngilanda Asayişin, Təhlükəsizliyin və Dövlətə Sədaqətin Təcəssümü – Bəkir Cabbarov
00:15 / 11-06-2026
Fövqəladə Hallarda Təhlükəsizliyin və Xidmətin Məsuliyyətini Daşıyan Peşəkar Rəhbər – Cəbrayıl Xanlarov
00:10 / 11-06-2026
Malik Mirzəyev: Azərbaycanın Güclü İnkişaf Yolunun Memarı
00:08 / 11-06-2026
Razim Rüstəmov: Azərbaycanın Güclü İnkişaf Yolunun Memarı
00:04 / 11-06-2026
Şəhər Nəqliyyatında Məsuliyyətli Xidmətin və İnsanlara Qayğının Timsalı – Yusif Hüseynov
00:00 / 11-06-2026
Azərbaycan Qol Güləşinin İnkişafına Həyatını Həsr Edən İctimai Xadim – Cəsarət Əhmədov
23:58 / 10-06-2026
Quruculuq Sahəsində Etibarı və İnsanlara Münasibəti ilə Seçilən Sahibkar – Ədalət Müəllim
22:43 / 09-06-2026
Gəmiqayırma və sənaye ənənələrinin inkişafına töhfə verən uğurlu idarəçilik nümunəsi
22:47 / 08-06-2026
Azərbaycan idmanının inkişafına xidmət edən nümunəvi idarəçilik məktəbi
00:28 / 08-06-2026
Hacı Ruslan Həsənov: Dövlətçilik Yolunda Qətiyyətli Liderliyin Simvolu
00:09 / 08-06-2026
Pambıqçılığın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi
00:01 / 08-06-2026
Mehman Qəhrəmanov: Prezident İlham Əliyev – Güclü Liderlikdən Böyük Zəfərə Aparan Yol
23:57 / 07-06-2026
Ağstafanın inkişaf strategiyasını formalaşdıran peşəkar idarəçilik nümunəsi
23:51 / 07-06-2026
Gücün, iradənin və vətənpərvərliyin təbliğində xüsusi xidmətləri olan şəxs
23:41 / 07-06-2026
İnsan sağlamlığının keşiyində dayanan peşəkarlıq və yüksək mənəvi dəyərlər
23:34 / 07-06-2026
Sağlamlığın keşiyində dayanan məsuliyyətli idarəçilik nümunəsi
22:01 / 02-06-2026
Gülüstan Vəliyeva: Etibarlı enerji tərəfdaşı kimi mövqeyimiz möhkəmlənib
İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır
Bölməyə aid digər xəbərlər

İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni 4 may 2026 cı il tarixində ölkəmizə təşrif buyurmuşdur.13 ildən sonra belə bir səfərin baş tutması ölkələrarası ikitərəfli münasibətlərin inkişafında mühüm töhfə olmaqla ,İtaliya və Azərbaycan arasında strateji əməkdaşlığı gücləndirmiş ,iqtisadi və siyasi əlaqələrin dərinliyini və əhəmiyyətini təsdiq etmişdir.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin formalaşması və inkişafı əsasən Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bu dövr Azərbaycan Respublikasının Avropa iqtisadiyyatına inteqrasiya olunmağa başladığı ,həmçinin İtaliya və Azərbaycan arasında siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlığın əsasının qoyulduğu mərhələdir.
Ulu öndər Heydər Əliyev dövrü Azərbaycan–İtaliya münasibətlərinin formalaşmasında həlledici mərhələ olmuşdur və bu gün də bu əlaqələrin bünövrəsini təşkil etməklə iqtisadi əməkdaşlığın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.
1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından etibarən Azərbaycanın siyasi arenada fəal mövqe tutduğu dövr başlandı və bu dövr ərzində həyata keçirilən uğurlu siyasi fəaliyyət çərçivəsində Avropa ölkələri ilə, o cümlədən İtaliya ilə diplomatik əlaqələr gücləndirildi,siyasi -iqtisadi əməkdaşlıq yeni bir mərhələyə qədəm qoydu.Bu dövrdə qoyulan əsaslar nəticəsində Azərbaycan və İtaliya arasında əməkdaşlıq strateji səviyyəyə yüksəldi və sonrakı illərdə daha da inkişaf etdi.
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın energetika sənayesinin strukturunda misilsiz dönüş nöqtəsi oldu. Bu müqavilə nəticəsində xarici şirkətlər, o cümlədən İtaliya şirkətləri Azərbaycan neftinə xüsusi maraq göstərərək ,ölkəmizin neft layihələrində iştirak etməyə başladılar.
Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq vacib strateji əhəmiyyət daşıyır,ölkənin iqtisadi gəlirinin artımı və inkişaf perspektivlərinin yüksəlməsində həll edici rol oynayır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu baxımdan İtaliya əsas tərəfdaş ölkələrdən biridir.
Neft hasilatı Azərbaycan iqtisadiyyatının sütunu olmaqla ölkəmizin qlobal arenada tanınması,geosiyasi nüfuzunun yüksəlməsi baxımından mühüm sahələrdən biridir .Azərbaycan xam neftinin əsas ixrac mərkəzi Avropa bazarıdır. Azərbaycan uzun müddətdir ki, xam neftini Avropa bazarına ixrac edir və bu istiqamətdə İtaliya əsas alıcılardan biri kimi çıxış edərək ,Azərbaycan neftini yüksək səviyyədə dəyərləndirir.Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR tərəfindən hasil olunan neftin böyük hissəsi İtaliya bazarına yönləndirilir.
İtaliya Respublikasına ixrac olunan neft əsasən “Əsrin müqaviləsinin “məhsulu olan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Avropa ölkələrinə nəql olunur. İtaliya Azərbaycanın neft ixracında illər boyu lider mövqedə qərarlaşmış,qlobal səviyyədə nüfuzlu ticarət tərəfdaşı kimi tanınmışdır.
Avropa ölkələrinə ,həmçinin İtaliyaya ixrac olunan məhsullar arasında təbii qazın satışı xüsusi diqqət mərkəzindədir.İtaliyanın enerji tələbatının ödənilməsində Azərbaycandan nəql olunan təbii qazın nisbəti daha böyükdür.Azərbaycanın təbii qaz ixracı isə son illərdə daha da aktuallaşmışdır. Bu sahədə əsas rol oynayan layihə Cənub Qaz Dəhlizidir.Bu dəhlizin son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazı birbaşa İtaliyaya çatdırılır.
2020-ci ildən etibarən daha bir möhtəşəm plana müvafiq olaraq Trans Adriatik Boru Kəməri ( TAP) layihəsinin istifadəyə verilməsi ilə Azərbaycan İtaliyanın əsas qaz təchizatçılarından birinə çevrilmişdir.
İtaliya bazarı Azərbaycan iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyır,neft və qaz hasilatının nəticəsi olaraq ,ölkənin geosiyasi nüfuzu xeyli yüksəlmiş,Ümumi daxili məhsulun dəyəri artaraq ,dövlət büdcəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.İqtisadi əlaqələrinin zəminində Azərbaycan ticarət saldosunun müsbət kəmiyyəti statistik göstəricilərin nəticəsidir. Enerji ixracının əsas hissəsi bu ölkəyə yönəlir və bu əməkdaşlıq Avropa enerji təhlükəsizliyinə müsbət təsir göstərir.
Azərbaycan ilə İtaliya arasındakı münasibətlər uzun illərdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. Bu əlaqələr qarşılıqlı etimad , rəğbət və ortaq maraqlar əsasında qurularaq zaman keçdikcə daha da gücləndirilmişdir. Bu münasibətlərin formalaşmasında və davamlı inkişafında möhtərəm Cənab Prezident İlham Əliyevin mütəfəkkir siyasəti, praqmatik yanaşması və liderlik səriştəsi xüsusi rol oynayır. Onun uğurlu siyasi fəaliyyəti və atdığı məqsədyönlü addımları nəticəsində iki ölkə arasında yalnız siyasi deyil, eyni zamanda iqtisadi, enerji, təhsil, milli, mədəni və humanitar sahələrdə də etibarlı, davamlı və qarşılıqlı əməkdaşlıq mühiti yaradılıb. Bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regional sabitliyin qorunması və iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb etmişdir.
Cənab Prezident İlham Əliyev ötən gün verdiyi bəyanatında ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdiyini və İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirdi.
Dövlətimizin başçısı Cənab prezident İlham Əliyev vurğuladı ki, “keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib. Hazırda Azərbaycanda İtaliyanın 130-a yaxın şirkəti fəaliyyət göstərir. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ərazilərin bərpası və infrastruktur layihələrində İtaliya şirkətlərinin iştirakı, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.”
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta ümumtəhsil məktəbin
Coğrafiya müəllimi Fatimə Xəlilova
Tarix: 6-05-2026, 14:36
Bölməyə aid digər xəbərlər
25-12-2025, 23:12
Mürsəl Eminov: “Zəfərdən suverenliyə - Prezident İlham Əliyevin quruculuq strategiyası”
24-12-2025, 00:18
Vüsal Hüseynov: Qələbəmizin və İnkişafımızın Simvolu
31-07-2025, 14:58
DİLİN İŞIĞINI QORUMAQ
18-12-2024, 14:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib










