19:30 / 11-11-2026
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
00:53 / 07-11-2026
Həyatla Zaman Arasında Verilən Qərarlar – Təcili Tibbin Peşəkar Həkimi Aydan xanım
22:44 / 28-10-2026
Qarabağın Dirçəlişinə Əmək, Doğma Torpağa Sədaqət – Müşfiq Adıgözəlovun Məsuliyyətli Fəaliyyət Yolu
22:42 / 28-10-2026
Müəllim Zəhmətinə Verilən Dəyər, İnsanlara Qayğı və Şərəfli Ömür Yolu – Niyazi Nəcəfov
22:40 / 28-10-2026
İnsanların Xoşbəxt Anlarına Dəyər Qatan Sahibkar – “Xudafərin” Şadlıq Sarayının Rəhbəri Siyavuş Əsgərov
22:36 / 28-10-2026
Ağstafanın Tərəqqisinə Düşünülmüş Qərarlar və Məsuliyyətli Əməklə Xidmət – İlqar Hacıyev
22:34 / 28-10-2026
Gələcəyin Savadlı Nəslini Yetişdirən, Təhsilə və Mənəvi Dəyərlərə Önəm Verən Rəhbər – Pənah Babayev
22:32 / 28-10-2026
Təbiətə Sevgi, Vətənə Bağlılıq və Məsuliyyətli İdarəçilik – Rafiq Ədilovun Fəaliyyət Yolu
22:29 / 28-10-2026
Cərrahın Məharəti, Alimin Zəkası və İnsanlara Şəfa Vermək Amalı – Dosent Həsən Əsədov
22:27 / 28-10-2026
İnsanların Ev Arzusuna Dəyər Qatan Sahibkar – “Orbita” MTK-nın Rəhbəri Famil Bağıyev
22:37 / 25-10-2026
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
01:37 / 19-10-2026
Həbib Həsənov – Qanunun Aliliyinə, Ədalətə və İnsan Hüquqlarına Xidmət Edən Məhkəmə Rəhbəri
01:35 / 19-10-2026
Nurlan Əhmədov – Doğma Kəndinə Bağlılığı, İnsanlara Qayğısı və Məsuliyyətli Fəaliyyəti ilə Tanınan Bələdiyyə Sədri
01:32 / 19-10-2026
Mürsəl Eminov – Vətəndaşa Qayğı, Dövlətə Sədaqət və Məsuliyyətli İdarəçilik Dəyərləri
01:30 / 19-10-2026
Dr. Afər Allahverdiyev – İnsanlara Şəfa, Həkimlik Sənətinə Şərəf Verən Neyrocərrah
01:26 / 19-10-2026
Mustafa Əliyev – Halal Zəhməti, İşgüzarlığı və İnsanlara Dəyər Verən Sahibkarlıq Fəaliyyəti ilə Seçilən İş Adamı
01:23 / 19-10-2026
Empire by Asthetik Lab – Zərifliyin, Estetik Yenilənmənin və Müasir Gözəllik Texnologiyalarının Ünvanı
01:20 / 19-10-2026
Şahin Tağıyev – Novxanının Abadlığına, Sakinlərin Qayğılarına və İctimai Həmrəyliyə Yönələn Fəaliyyət
01:18 / 19-10-2026
İlham Müəllim – Halal Zəhməti, İşgüzarlığı və İnsanlara Dəyər Verən Sahibkarlıq Fəaliyyəti ilə Seçilən İş Adamı
01:15 / 19-10-2026
Məzahir Səlimov – Vətənə Sədaqəti, Zəhməti və Peşəkarlığı ilə Seçilən Rəhbər
22:41 / 05-10-2026
Sərxan İsmayılov: Xalq-iqtidar birliyi sabitliyin qarantıdır
22:39 / 05-10-2026
Novxanının qayğısını gündəlik əməli işə çevirən rəhbər – Şahin Tağıyev
22:36 / 05-10-2026
Anar Qasımov: Qələbə ruhu ilə strateji hədəflərə doğru
22:30 / 05-10-2026
Fərdi Ağamalıyev: Azərbaycan tərəqqi və inkişaf yolunda irəliləyir
22:26 / 05-10-2026
Şəhər rahatlığı gündəlik zəhmətdən başlayır — Manaf Manafovun məsuliyyətli fəaliyyəti
22:19 / 05-10-2026
İnsan Həyatının Ən Həssas Nöqtəsində Dayanan Peşəkarlıq – Neyrocərrah Dr. Afər Allahverdiyev
22:16 / 05-10-2026
Suyun Hər Damlasında Məsuliyyət Var – Şəmil Ziyadovun Meliorasiya Sahəsində Fəaliyyəti
22:13 / 05-10-2026
Ticarətdə Etibarın və Keyfiyyətli Xidmətin Ünvanı – “Ordubad Market”in Rəhbəri Toğrul Müəllim
23:01 / 04-10-2026
Ayaz Əliyev: Cəbrayılın yeni dövrü - bərpa, qayıdış və inkişaf
22:59 / 04-10-2026
Elmin Dəqiqliyini Həkim Mərhəməti ilə Birləşdirən Ziyalı – Dr. Həsən Əsədov
Hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır
Bölməyə aid digər xəbərlər

Azərbaycan paytaxtı dünya əhəmiyyətli tədbirlərin məkanına çevrilib. Belə tədbirlərdən biri də mayın 18-də açılışı keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) oldu.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaqları salamlayaraq bildirib ki, tədbirdə 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı var. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir.
“Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.
Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir” – Azərbaycan Prezidenti bildirib.
Prezident İlham Əliyev xatırladıb ki, bu il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir: “Bu gün xüsusilə paytaxt şəhərlərində şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıdakı Formula 1 yarışı ilə müqayisə edirəm. İnkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizin qorunmasına gəldikdə, çox ehtiyatlı olmalıyıq”.
Azərbaycan prezidenti vurğulayıb ki, indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir: “Hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir”.
Paytaxt Bakı haqqında danışarkən Prezident İlham Əliyev qeyd edib ki, şəhərimiz hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. “Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işlər nəticəsində Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi”.
Çıxışının sonunda dövlət başçısı bildirib ki, Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta ümumtəhsil məktəbinin
direktoru Gültəkin Rüstəmova
Tarix: 21-05-2026, 11:05
Bölməyə aid digər xəbərlər
25-12-2025, 23:12
Mürsəl Eminov: “Zəfərdən suverenliyə - Prezident İlham Əliyevin quruculuq strategiyası”
24-12-2025, 00:18
Vüsal Hüseynov: Qələbəmizin və İnkişafımızın Simvolu
18-12-2024, 14:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
21-05-2026, 11:10
Azərbaycan öz geosiyasi və coğrafi mövqeyinə görə dünya dövlətləri içərisində tarix boyu mühüm rol oynamışdır











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.