19:30 / 11-11-2026
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
00:53 / 07-11-2026
Həyatla Zaman Arasında Verilən Qərarlar – Təcili Tibbin Peşəkar Həkimi Aydan xanım
22:44 / 28-10-2026
Qarabağın Dirçəlişinə Əmək, Doğma Torpağa Sədaqət – Müşfiq Adıgözəlovun Məsuliyyətli Fəaliyyət Yolu
22:42 / 28-10-2026
Müəllim Zəhmətinə Verilən Dəyər, İnsanlara Qayğı və Şərəfli Ömür Yolu – Niyazi Nəcəfov
22:40 / 28-10-2026
İnsanların Xoşbəxt Anlarına Dəyər Qatan Sahibkar – “Xudafərin” Şadlıq Sarayının Rəhbəri Siyavuş Əsgərov
22:36 / 28-10-2026
Ağstafanın Tərəqqisinə Düşünülmüş Qərarlar və Məsuliyyətli Əməklə Xidmət – İlqar Hacıyev
22:34 / 28-10-2026
Gələcəyin Savadlı Nəslini Yetişdirən, Təhsilə və Mənəvi Dəyərlərə Önəm Verən Rəhbər – Pənah Babayev
22:32 / 28-10-2026
Təbiətə Sevgi, Vətənə Bağlılıq və Məsuliyyətli İdarəçilik – Rafiq Ədilovun Fəaliyyət Yolu
22:29 / 28-10-2026
Cərrahın Məharəti, Alimin Zəkası və İnsanlara Şəfa Vermək Amalı – Dosent Həsən Əsədov
22:27 / 28-10-2026
İnsanların Ev Arzusuna Dəyər Qatan Sahibkar – “Orbita” MTK-nın Rəhbəri Famil Bağıyev
22:37 / 25-10-2026
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİNİN BİRLİKDƏ QAZANDIĞI QƏLƏBƏ AZƏRBAYCAN İDMANININ QÜRURVERİCİ SƏHİFƏSİDİR!
01:37 / 19-10-2026
Həbib Həsənov – Qanunun Aliliyinə, Ədalətə və İnsan Hüquqlarına Xidmət Edən Məhkəmə Rəhbəri
01:35 / 19-10-2026
Nurlan Əhmədov – Doğma Kəndinə Bağlılığı, İnsanlara Qayğısı və Məsuliyyətli Fəaliyyəti ilə Tanınan Bələdiyyə Sədri
01:32 / 19-10-2026
Mürsəl Eminov – Vətəndaşa Qayğı, Dövlətə Sədaqət və Məsuliyyətli İdarəçilik Dəyərləri
01:30 / 19-10-2026
Dr. Afər Allahverdiyev – İnsanlara Şəfa, Həkimlik Sənətinə Şərəf Verən Neyrocərrah
01:26 / 19-10-2026
Mustafa Əliyev – Halal Zəhməti, İşgüzarlığı və İnsanlara Dəyər Verən Sahibkarlıq Fəaliyyəti ilə Seçilən İş Adamı
01:23 / 19-10-2026
Empire by Asthetik Lab – Zərifliyin, Estetik Yenilənmənin və Müasir Gözəllik Texnologiyalarının Ünvanı
01:20 / 19-10-2026
Şahin Tağıyev – Novxanının Abadlığına, Sakinlərin Qayğılarına və İctimai Həmrəyliyə Yönələn Fəaliyyət
01:18 / 19-10-2026
İlham Müəllim – Halal Zəhməti, İşgüzarlığı və İnsanlara Dəyər Verən Sahibkarlıq Fəaliyyəti ilə Seçilən İş Adamı
01:15 / 19-10-2026
Məzahir Səlimov – Vətənə Sədaqəti, Zəhməti və Peşəkarlığı ilə Seçilən Rəhbər
22:41 / 05-10-2026
Sərxan İsmayılov: Xalq-iqtidar birliyi sabitliyin qarantıdır
22:39 / 05-10-2026
Novxanının qayğısını gündəlik əməli işə çevirən rəhbər – Şahin Tağıyev
22:36 / 05-10-2026
Anar Qasımov: Qələbə ruhu ilə strateji hədəflərə doğru
22:30 / 05-10-2026
Fərdi Ağamalıyev: Azərbaycan tərəqqi və inkişaf yolunda irəliləyir
22:26 / 05-10-2026
Şəhər rahatlığı gündəlik zəhmətdən başlayır — Manaf Manafovun məsuliyyətli fəaliyyəti
22:19 / 05-10-2026
İnsan Həyatının Ən Həssas Nöqtəsində Dayanan Peşəkarlıq – Neyrocərrah Dr. Afər Allahverdiyev
22:16 / 05-10-2026
Suyun Hər Damlasında Məsuliyyət Var – Şəmil Ziyadovun Meliorasiya Sahəsində Fəaliyyəti
22:13 / 05-10-2026
Ticarətdə Etibarın və Keyfiyyətli Xidmətin Ünvanı – “Ordubad Market”in Rəhbəri Toğrul Müəllim
23:01 / 04-10-2026
Ayaz Əliyev: Cəbrayılın yeni dövrü - bərpa, qayıdış və inkişaf
22:59 / 04-10-2026
Elmin Dəqiqliyini Həkim Mərhəməti ilə Birləşdirən Ziyalı – Dr. Həsən Əsədov
1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan xalqı öz müstəqil dövlətini qurmuş və dünya dövlətləri sırasında yer almışdır
Bölməyə aid digər xəbərlər

28 May Azərbaycan xalqının tarixində ən mühüm, ən qürurverici və ən şərəfli günlərdən biridir. Bu tarix xalqımızın azadlıq arzularının gerçəkləşdiyi, milli dövlətçilik ənənələrinin yenidən dirçəldiyi gündür. 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan xalqı öz müstəqil dövlətini qurmuş və dünya dövlətləri sırasında yer almışdır. Bu hadisə yalnız Azərbaycan üçün deyil, bütün Şərq aləmi üçün böyük tarixi əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olmuşdur.Azərbaycan xalqı əsrlər boyu yadelli işğalçılara qarşı mübarizə aparmış, öz milli azadlığını və dövlətçilik ənənələrini qorumağa çalışmışdır. XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğal olunması xalqımızın müstəqilliyini itirməsinə səbəb olmuşdu. Lakin xalqın azadlıq arzusu heç vaxt sönməmişdi. XX əsrin əvvəllərində dünyada baş verən böyük siyasi dəyişikliklər Azərbaycan xalqına yenidən müstəqillik qazanmaq imkanı yaratdı.1917-ci ildə Rusiyada baş vermiş Fevral və Oktyabr inqilablarından sonra çar Rusiyası süqut etdi. Bunun nəticəsində imperiyanın tərkibində olan xalqlar öz müqəddəratlarını həll etmək imkanı əldə etdilər. Qafqaz regionunda yaranmış mürəkkəb siyasi vəziyyət Azərbaycan xalqının qarşısında mühüm vəzifələr qoyurdu. Bu dövrdə Azərbaycan ziyalıları və milli liderləri xalqın gələcəyini düşünərək müstəqil dövlət yaratmaq uğrunda ciddi fəaliyyətə başladılar.1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu sənəd Azərbaycan tarixində ilk müstəqillik aktı idi. İstiqlal Bəyannaməsində Azərbaycan xalqının hakimiyyət hüququ, vətəndaşların bərabərliyi, demokratik idarəçilik prinsipləri və dövlətin suverenliyi öz əksini tapmışdı. Bu addım Azərbaycan xalqının dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu.Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin böyük xidmətləri olmuşdur. O, milli azadlıq ideyasının əsas rəhbərlərindən biri idi. Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamı bu gün də xalqımızın azadlıq və müstəqillik rəmzi kimi yaşayır. Onunla yanaşı, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və digər görkəmli şəxslər də Azərbaycan dövlətçiliyinin qurulmasında mühüm rol oynamışlar. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, qısa müddət ərzində çox mühüm işlər həyata keçirmişdir. İlk növbədə dövlət atributları – bayraq, gerb və himn qəbul edildi. Azərbaycan parlamenti yaradıldı və burada müxtəlif millətlərin nümayəndələri təmsil olunurdu. Bu isə dövlətin demokratik prinsiplərə əsaslandığını göstərirdi.Cümhuriyyət dövründə qadınlara seçki hüququ verilməsi xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan bu sahədə bir çox Avropa ölkələrini qabaqlamışdı. Bu addım Azərbaycan dövlətinin müasir və demokratik düşüncəyə malik olduğunu sübut edirdi.Milli ordu quruculuğu istiqamətində də mühüm işlər görüldü. Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün nizami ordu yaradıldı. Təhsil sahəsində həyata keçirilən islahatlar da xüsusi diqqətə layiq idi. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması ölkənin elm və təhsil tarixində mühüm hadisə oldu. Azərbaycan dili dövlət dili elan edildi və milli mədəniyyətin inkişafına böyük diqqət yetirildi. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sahəsində də fəal siyasət yürüdürdü. Müasir Azərbaycan Respublikası isə özünü AXC-nin siyasi və hüquqi varisi elan edib. Bu, 1991-ci il “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda da qeyd olunub.
Ramana qəsəbəsi, 293 saylı tam orta məktəbin
tarix müəllimi Aytən Musayeva
Tarix: 25-05-2026, 09:52
Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58
DİLİN İŞIĞINI QORUMAQ
25-12-2025, 23:12
Mürsəl Eminov: “Zəfərdən suverenliyə - Prezident İlham Əliyevin quruculuq strategiyası”
24-12-2025, 00:18
Vüsal Hüseynov: Qələbəmizin və İnkişafımızın Simvolu
10-05-2024, 10:12
Rəşad İsayev: Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.