Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunması, hüquqi dövlət quruculuğu və sosial-iqtisadi inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır

Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunması, hüquqi dövlət quruculuğu və sosial-iqtisadi inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır

Azərbaycan xalqının tarixində mühüm yer tutan 15 İyun – Milli Qurtuluş Günü dövlətçiliyimizin qorunması və ölkənin gələcək inkişafının əsasının qoyulması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu gün müasir Azərbaycan tarixində dönüş nöqtəsi hesab olunur. Məhz həmin dövrdə ölkədə mövcud olan siyasi və ictimai böhran aradan qaldırılmış, dövlət müstəqilliyinin təhlükə altında qalmasının qarşısı alınmışdır.
1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, sonrakı illərdə ölkədə siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və hərbi problemlər hökm sürürdü. Daxili qarşıdurmalar və hakimiyyət uğrunda mübarizə dövlətçiliyin gələcəyini təhlükə altına salmışdı. 1993-cü ilin iyun ayında yaranmış gərgin vəziyyət ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qalmasına səbəb olmuşdu.
Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqının tələbi ilə Ümummilli lider Heydər Əliyev Bakıya dəvət olundu və 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkədə sabitliyin bərpası və dövlət quruculuğu prosesinin başlanğıcı kimi qiymətləndirilir. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi təcrübəsi və uzaqgörən fəaliyyəti nəticəsində vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət idarəçiliyində nizam-intizam yaradıldı və xalqın gələcəyə olan inamı bərpa olundu.
Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunması, hüquqi dövlət quruculuğu və sosial-iqtisadi inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sonrakı illərdə həyata keçirilən islahatlar, beynəlxalq əlaqələrin genişlənməsi və iqtisadi inkişaf ölkənin güclənməsinə şərait yaratdı.
Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik ənənələrinin təntənəsi kimi qeyd olunur. Bu tarixi gün bizə dövlət müstəqilliyinin nə qədər qiymətli olduğunu xatırladır və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.
Bu gün qurtuluş ideyası təkcə tarixlə yox, həm də gələcəyə yönəlik inkişaf proqramı ilə səsləşir. Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, böyük qayıdışın reallaşdırılması, sabit və güclü dövlət quruculuğuna xidmət edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu proseslər Ulu Öndər Heydər Əliyevin siyasi irsinin canlı təcəssümüdür.
Nəticə etibarilə, 15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixində sadəcə bir tarix deyil, dövlətçiliyimizin xilası və inkişafının başlanğıcı kimi yadda qalmış mühüm bir dönüş nöqtəsidir. Bu günün əhəmiyyəti xalqımızın milli yaddaşında daim yaşayacaqdır.
Günel Həsənova , Zabrat qəsəbəsi, 71 №li tam orta məktəbin ibtidai sinif müəllimi.


Tarix: Bu gün, 11:22


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930