Milli Qurtuluş Günü həm də xalqın birlik və həmrəyliyinin simvoludur

Milli Qurtuluş Günü həm də xalqın birlik və həmrəyliyinin simvoludur

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, onun bütün həyatı və fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə və xalqın rifahına həsr edilmişdir. Müstəqilliyin ilk illərində ölkədə siyasi hakimiyyətin zəifləməsi, idarəetmədə yaranan problemlər, iqtisadi böhran, vətəndaş qarşıdurması təhlükəsi və Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ağır vəziyyətlə üzləşmişdi. Dövlət müstəqilliyinin itirilməsi və ölkənin parçalanması təhlükəsi real xarakter almışdı.
Belə bir şəraitdə xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin xilası üçün mühüm addım oldu. Xalq öz xilaskar liderinə böyük ümid bəsləyirdi. 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçilən Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin qorunmasını, ölkədə sabitliyin bərpasını, qanunçuluğun təmin edilməsini və demokratik dövlət quruculuğunu qarşıya əsas məqsəd kimi qoydu. O, xalq qarşısında məsuliyyətini dərk edərək bütün fəaliyyətini Azərbaycanın inkişafına və tərəqqisinə yönəltdi.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələrin dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, demokratik seçkilərin keçirilməsi üçün şərait yarandı və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, ölkənin dünya birliyinə inteqrasiyası sürətləndi, siyasi islahatlara başlanıldı və çoxpartiyalı siyasi sistem formalaşdırıldı. Bütün bunlar müasir Azərbaycan dövlətinin inkişafının möhkəm təməlini yaratdı.
Milli Qurtuluş Günü həm də xalqın birlik və həmrəyliyinin simvoludur. Bu gün Azərbaycan xalqının öz liderinə olan inamını, dövlətçilik ənənələrinə sədaqətini və müstəqilliyini qorumaq əzmini nümayiş etdirir. Cənab prezident İlham Əliyevin vurğuladığı kimi, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmuş, ölkənin inkişaf və yüksəliş yolunun başlanğıcını qoymuşdur. Buna görə də 15 İyun təkcə tarixi hadisə deyil, həm də Azərbaycanın müstəqil, güclü və inkişaf edən dövlətə çevrilməsinin əsasını təşkil edən böyük qurtuluş və dirçəliş günüdür.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Texnologiya müəllimi Səfərova Təranə


Tarix: Bu gün, 11:31


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930