14 iyun Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib -Fotolar

14 iyun Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib -Fotolar

14 iyun Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib.

 Respublika Qan Bankının təşkilatçılığı ilə baş tutan tədbirdə Səhiyyə Nazirliyinin rəsmiləri, dövlət qurumlarının nümayəndələri və könüllü qan donorları iştirak ediblər.

Respublika Qan Bankının İcraçı direktoru Elxan Nağıyev bildirib ki, əldə edilər yüksək səviyyəli nailiyyətlər, qan xidmətinin inkişafı da daxil olmaqla, ölkədə səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir:

"Son illər ərzində səhiyyə sisteminin müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tibbi xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi və insan sağlamlığının qorunması istiqamətində həyata keçirilən ardıcıl islahatlar qan xidmətinin inkişafına da mühüm töhfələr verib. Qan xidməti təşkilatlarının imkanları genişləndirilib, regionlarda qanvermə aksiyalarının əhatə dairəsi artırılıb, əhali arasında maarifləndirmə işləri aparılıb, könüllü və təmənnasız donor hərəkatının təşviqi istiqamətində mühüm addımlar atılıb".

Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev çıxışında vurğulayıb ki, Dünya Qan Donoru Gününün qeyd olunmasının əsas məqsədi də məhz insanları könüllü qanverməyə təşviq etmək, donorların cəmiyyət üçün əhəmiyyətini vurğulamaqdır:

"Bir donorun verdiyi qan bəzən bir, bəzən isə bir neçə insanın həyatının xilas edilməsinə imkan yaradır. Bu məqsədlə ölkəmizdə mütəmadi olaraq qanvermə aksiyaları keçirilir, ictimai maarifləndirmə tədbirləri təşkil olunur və insanlara sağlam həyat naminə bu nəcib təşəbbüsə qoşulmaq çağırışı edilir".

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktor müavini Zöhrə Əlimirzəyeva qeyd edib ki, bu gün qan xidməti daha məqsədyönlü və sistemli şəkildə qurulub:

"Əvvəllər müəyyən çətinliklər mövcud idi, rayonlarda müxtəlif səyyar tədbirlər təşkil olunur, qan ehtiyatlarının təmin edilməsi istiqamətində mühüm işlər görülürdü. Lakin hazırda bu sahədə çox böyük inkişaf əldə olunub. Nə qədər müasir avadanlıqlar, qabaqcıl laboratoriyalar, müasir klinikalar və təcrübəli həkimlər olsa da, milyonlarla insanın həyatını xilas edən fədakar donorlar olmadan qan xidmətinin inkişafından danışmaq mümkün deyil".

Daha sonra qan donorluğunun təşkilinə dəstək göstərən təşkilat və qurumların mükafatlandırılma mərasimi keçirilib.

Mükafatlandırılan şirkətlər arasında "Report" İnformasiya Agentliyi də var.


Tarix: Bu gün, 16:56


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930