Forumda Türkiyə–Azərbaycan münasibətlərinə verilən yüksək qiyməti xüsusi qeyd etmək olar

Forumda Türkiyə–Azərbaycan münasibətlərinə verilən yüksək qiyməti xüsusi qeyd etmək olar

Bir neçə gün öncə Prezident İlham Əliyev 4-cü Şuşa Qlobal Media Forumunda geniş və əhatəli çıxış edərək həm qlobal gündəmdə duran əsas çağırışlar, həm beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, həm də Cənubi Qafqazda gedən proseslərlə bağlı mühüm mesajlar verdi. Artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqətlə izlədiyi nüfuzlu platformalardan biridir. Dördüncü dəfə keçirilən forumda dünyanın onlarla ölkəsindən jurnalistlər, aparıcı media qurumlarının rəhbərləri, ekspertlər və bloqerlər iştirak etdilər. Forum ildən-ilə həm iştirakçı ölkələrin sayına, həm də beynəlxalq nüfuzuna görə genişlənir və qlobal informasiya məkanında fikir mübadiləsi üçün mühüm platformaya çevrilir.
Forum zamanı Türkiyə–Azərbaycan münasibətlərinə verilən yüksək qiymət də xüsusi diqqət çəkdi. Şuşa Bəyannaməsi ilə yeni mərhələyə yüksələn müttəfiqlik münasibətləri bu gün regionda sabitliyin, təhlükəsizliyin və uzunmüddətli əməkdaşlığın əsas dayaqlarından biridir. "Bir millət, iki dövlət" prinsipi ortaq tariximizin, ortaq iradəmizin və gələcəyə hesablanmış strateji baxışımızın ən uğurlu nümunəsidir. Prezident cənab İlham Əliyevin Avropa ilə əməkdaşlıq, enerji təhlükəsizliyi, yeni ixrac istiqamətləri və yaşıl enerji layihələri barədə səsləndirdiyi fikirlər Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərdi. Təbii qaz ixracının genişlənməsi, bərpaolunan enerji sahəsində həyata keçirilən iri layihələr və enerji diplomatiyasının uğurlu nəticələri ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni daha da artırır.
Dövlətimizin başçısının ABŞ ilə münasibətlər, rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlər Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelini bir daha ortaya qoydu. Rəqəmsal texnologiyalar, innovasiya və yüksək texnologiyalar sahəsində həyata keçirilən islahatlar ölkəmizin rəqabət qabiliyyətini gücləndirən əsas istiqamətlərdəndir.
Forum çərçivəsində beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və qarşılıqlı hörmət prinsiplərinə verilən önəm Azərbaycanın xarici siyasətinin dəyişməz xəttini bir daha təsdiqlədi. Ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra regionda dayanıqlı sülhün təmin olunması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir və bu mövqe beynəlxalq ictimaiyyət tərəfindən də getdikcə daha aydın qəbul olunur.
Şuşadan səslənən bu strateji mesajlar bir daha göstərdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlətçilik ənənələrini daha da möhkəmləndirir, milli maraqlarını qətiyyətlə müdafiə edir və qlobal əməkdaşlığa töhfə verən məsuliyyətli ölkə kimi beynəlxalq nüfuzunu davamlı şəkildə artırır. Bu gün Azərbaycan sözünə etibar olunan, təşəbbüsləri ilə seçilən və gələcəyə inamla irəliləyən güclü dövlətdir.
Dilbər Rəhmanova-4 saylı Uşaq Musiqi məktəbinin direktoru


Tarix: Bu gün, 11:44


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031