Milli kimliyimizi,müstəqilliyimizi saxlamalıyıq

Milli kimliyimizi,müstəqilliyimizi saxlamalıyıq

Artıq 4-cü dəfə təşkil olunan formun builki mövzusu “Medianın sülh tədbirlərində missiyası, həqiqətin bərpası və etimadın yenidən qurulması”dır . Formda 53 ölkədən 160 media nümayəndəsi,30-dan çox media ağentliyi, 10-dan çox media qrumu təmsil olunmuşdur.Builki formun ideyası media nümayəndələrində narahatlıq doğuran problemləri cavablandırmaq, Şuşa ilə tanışlıq,Qarabağın yenidən qurulmasını görməkdən ibarət idi.Media formunun ilk günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları 2 saat yarımdan artıq bir müddət ərzində media nümayəndələrinin suallarını cavablandırdı.Cənab Prezidentimiz jurnalistlərin müxtəlif mövzularda suallarına ətraflı izahlarla ,dəqiq faktlarla öz müsbətini bildirdi. Hörmətli Prezidentimiz Azərbaycanın logistika sahəsində ən etibarlı tərəfdaş olduğunu , qonşu dövlətlərlə mehiraban siyasət yürütdüyünü qeyd etdi.Cənab Prezidentimiz
Jurnalistlərin Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətlə bağlı sualını cavablandırarkən bu təşkilatın ikili siyasət yürütdüyü qeyd etdi.Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edərkən ölkəmizə qarşı əsassız addımlar atdığını dedi.Həmçinin 2025-ci il avqust ayında Cənab İlham Əliyevin Ağ evdə ABŞ Prezidenti D.Trampla görüşündən sonra 907-ci maddənin düzəlişi ilə bağlı real addımlar atılmadığı məsələsinə də toxunuldu.
Sonda Azərbaycan xalqına, gənc nəslə müraciət edən Cənab Prezidentimiz çıxışını bu sözlərlə bitirdi:”Mübarizə daimi olmalıdır. Milli kimliyimizi,müstəqilliyimizi saxlamalıyıq. Bizim xalqımız həm işğal,həm zəfər görüb.Milli ləyaqətimizi üstün tutmalıyıq.Məğlub ola bilərsən,amma əyilməməlisən.”
Sabunçu qəsəbəsi, 155 nömrəli tam ümumtəhsil məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva


Tarix: Bu gün, 11:47


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031