Azərbaycanın beynəlxalq nüfuzunun artması və inkişaf strategiyası

Azərbaycanın beynəlxalq nüfuzunun artması və inkişaf strategiyası

Müasir dövrdə Azərbaycan beynəlxalq aləmdə mövqeyini getdikcə möhkəmləndirən dövlətlərdən biri kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, xüsusilə Qarabağın mədəniyyət paytaxtı Şuşada təşkil olunan forumlar Azərbaycanın artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir. Bu forumun artıq beynəlxalq xarakter daşıması və iştirakçıların sayının ildən-ilə artması ölkəmizin dünya miqyasında qazandığı etimadın göstəricisidir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik siyasəti bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan son otuz ildən artıq müddətdə böyük inkişaf yolu keçərək orta güclü dövlətlər sırasında öz layiqli yerini tutmuşdur. Dövlətimizin əsas prinsiplərindən biri heç vaxt işğalla barışmamaq olmuşdur. Məhz bu qətiyyət sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş, xalqımız Zəfər sevincini yaşamışdır. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir.
Azərbaycanın xarici siyasəti qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və beynəlxalq əməkdaşlığa əsaslanır. Avropa İttifaqı ilə əlaqələrin inkişafı, ABŞ ilə strateji tərəfdaşlığın möhkəmlənməsi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsi ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirmişdir. Bununla yanaşı, Azərbaycan BMT-də aparılması nəzərdə tutulan islahatları və inklüziv yanaşmanı dəstəkləyən ölkələr sırasında yer alır.
Ölkəmiz iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etmişdir. Bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının inkişafı və yaşıl enerji siyasəti Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Rusiya–Ukrayna müharibəsindən sonra Azərbaycan qazına tələbatın əhəmiyyətli dərəcədə artması ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha təsdiqləyir.
Bu gün Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verir. Dünyanın müxtəlif bölgələrində, o cümlədən Afrikada sülhün təmin olunmasının vacibliyi ölkəmizin humanist siyasətinin əsas istiqamətlərindən biridir. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun ildən-ilə artdığını və gələcəyə inamla irəlilədiyini bir daha göstərir.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Ağayeva Xəyalə


Tarix: Bu gün, 11:54


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031