
Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının geosiyasi və geoiqtisadi çəkisi dünyada sürətlə artmaqdadır. Bu fonda Xəzər dənizinin iki sahilini birləşdirən Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafı xüsusi strateji əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat iki qardaş dövlət arasındakı əlaqələrin keyfiyyətcə yeni, daha yüksək pilləyə qədəm qoyduğunu bir daha təsdiqlədi.
Azərbaycan və Türkmənistan xalqlarını əsrlər boyu formalaşmış ümumi dil, din, mədəniyyət və soy-kök bağları bir-birinə bağlayır. Bu möhkəm təməl üzərində qurulan diplomatik münasibətlər hazırda yüksək dinamikası ilə seçilir. Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulandığı kimi, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir və tərəflər bütün mühüm məsələlərdə bir-birini dəstəkləyirlər.
Bu dəstək təkcə ikitərəfli formatla məhdudlaşmır, həm də beynəlxalq təşkilatlar — BMT, Qoşulmama Hərəkatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində özünü göstərir.
Bəyanatın ən mühüm istiqamətlərindən biri iki ölkənin nəqliyyat və tranzit imkanlarının birləşdirilməsi oldu. Avrasiyanın nəqliyyat xəritəsində baş verən dəyişikliklər Şərq-Qərb və Şimal-Cənub koridorlarının əhəmiyyətini dəfələrlə artırıb.
Bu iki strateji dəniz limanı arasında qurulan sıx inteqrasiya Xəzər üzərindən yükdaşımaların həcmini kəskin şəkildə artırır.
Dəmir yolu və dəniz nəqliyyatının əlaqələndirilməsi, həmçinin çevik tarif siyasətinin tətbiqi Çindən və Mərkəzi Asiyadan Avropaya yönələn yük axınlarının məhz Azərbaycan və Türkmənistan üzərindən keçməsini təmin
Enerji sektoru Bakı ilə Aşqabad arasında strateji tərəfdaşlığın sütunlarından biridir. Xəzərin zəngin karbohidrogen resurslarına malik hər iki dövlət regional və qlobal enerji təhlükəsizliyində əsas oyunçulardandır.
İkitərəfli formatda enerji resurslarının tranziti və birgə
layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar təkcə iki ölkənin iqtisadiyyatına deyil, həm də geniş coğrafiyada enerji təchizatının şaxələndirilməsinə xidmət edir.
Son illərdə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsinin həcmində müşahidə olunan sıçrayışlı artım iqtisadi əlaqələrin real potensialını göstərir. Sənaye, kənd təsərrüfatı, toxuculuq və investisiya sahələrində birgə layihələrin təşviqi hər iki ölkədə yeni iş yerlərinin açılmasına və rifahın yüksəlməsinə töhfə verir.
Mədəni-humanitar sahədə dərinləşən əməkdaşlıq isə xalqlarımızın bir-birinə daha da yaxınlaşmasını və gənc nəsillərin ortaq dəyərlər ruhunda tərbiyə olunmasını təmin edir.
Prezident İlham Əliyevin bəyanatında əks olunan tezislər göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri sıradan bir qonşuluq əlaqəsi deyil. Bu, sınaqlardan keçmiş, qarşılıqlı etimada əsaslanan və gələcəyə hesablanmış strateji ittifaqdır. Bu ittifaq Xəzəryanı regionda sülhün, stabil inkişafın və tərəqqinin ən etibarlı zəmanətlərindən birinə çevrilmişdir.
259 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi tədris müəssisəsinin
İbtidai sinif müəllimi İbrahimli Günel.
Bölməyə aid digər xəbərlər










