9 NOYABR-AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ

9 NOYABR-AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın tarixinə, milli kimliyinə və suverenliyinə ehtiramın ən ali təzahürüdür. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, bayraq sadəcə parça deyil,o, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir, hər bir vətəndaşın, xüsusən də gənc nəslin dərk edib qiymətləndirməli olduğu müqəddəs dəyərdir. 
Müasir üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpa olunması prosesində Naxçıvan Muxtar Respublikasının müstəsna tarixi rolu olmuşdur. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə ilk dəfə olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş milli bayrağımız yenidən ucaldıldı. Həmin dövrdə hələ Sovet hakimiyyətinin mövcud olmasına və Naxçıvanda hələ Kommunist Partiyasının fəaliyyət göstərməsinə baxmayaraq, qətiyyətli addım atıldı. Sessiyada "Sovet Sosialist" sözləri çıxarıldı və qərara alındı ki, Naxçıvanın milli bayrağı 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır.
Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş bu mühüm təşəbbüslər Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin ayrılmaz hissəsidir. Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, indi dünyada müstəqil Azərbaycan dövləti var, onun milli dövlət bayrağı, milli himni və milli gerbi mövcuddur. Azərbaycan dünya birliyində özünə layiq yer tutub, dövlət bayrağımız isə bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında, həmçinin müstəqil Azərbaycanın baş üstündə daim dalğalanacaq və bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.  
Ulu Öndər Heydər Əliyevin dövlət atributlarına verdiyi bu böyük dəyər Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Cənab Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan olunmuş, bayrağımızın şərəfinə paytaxt Bakıda və bölgələrdə möhtəşəm Bayraq meydanları təsis edilmişdir. Dövlət başçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət müstəqilliyimizin möhkəmlənməsinə, milli rəmzlərimizin dünyada daha uca zirvələrdə təmsil olunmasına zəmin yaratmışdır.
Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin qətiyyəti və Müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində üçrəngli bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarımızda, Xankəndidə, Şuşada, Laçında və digər tarixi ərazilərimizdə yenidən ucaldılmışdır. Bu gün Cənab Prezident İlham Əliyevin liderliyi ilə şanlı bayrağımız təkcə müstəqilliyimizin deyil, həm də tarixi Zəfərimizin və ərazi bütövlüyümüzün əbədi simvoluna çevrilmişdir.
 Bu gün üçrəngli bayrağımız təkcə rəsmi binaların üzərində deyil, hər bir azərbaycanlının qəlbində ucalır. Zirvələrdə dalğalanan bu müqəddəs amal azadlığımızın, sarsılmaz birliyimizin və əbədi müstəqilliyimizin parlaq təminatçısıdır. Mavi, qırmızı və yaşıl rənglərin ahəngində təcəssüm edən milli ruhumuz bayrağımızla birgə həmişə ucalarda olacaq, gələcək nəsillərə yol göstərən ən böyük işıq mənbəyi kimi yaşayacaqdır
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta ümumtəhsil  məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nübar Rüstəmova


Tarix: 5-11-2026, 12:05


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30