AZƏRBAYCAN BAYRAĞI DÖVLƏT MÜSTƏQİLLİYİMİZİN VƏ MİLLİ BİRLİYİMİZİN RƏMZİDİR

AZƏRBAYCAN BAYRAĞI DÖVLƏT MÜSTƏQİLLİYİMİZİN VƏ MİLLİ BİRLİYİMİZİN RƏMZİDİR


 Hər bir xalqın azadlıq eşqini, qürurunu və suverenliyini özündə ehtiva edən müqəddəs atributları mövcuddur. Bu atributlar içərisində bayraq xüsusi məna daşıyaraq xalqın ruhunu, birliyini və gələcəyə olan inamını nümayiş etdirir. Azərbaycan Respublikasının üçrəngli müqəddəs bayrağı xalqımızın əsrlər boyu apardığı azadlıq mübarizəsinin, qazandığı tarixi qələbələrin və suverenlik uğrunda tökülən qanların əbədi abidəsidir. Bu gün qürurla dalğalanan bayrağımız həm dövlət müstəqilliyimizin, həm də milli birliyimizin sarsılmaz rəmzidir. Tariximizə nəzər salsaq görərik ki, müasir üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yenidən ucaldılması Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bu bayraq dövlət bayrağı kimi qəbul edilmişdir. Müasir dövrdə Azərbaycan bayrağının mövqeyi bütün dünyada yüksəklərdə dayanır, beynəlxalq aləmdə qürur mənbəyimizə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab prezident İlham Əliyevin dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə və tarixi irsimizə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində üçrəngli bayrağımız hər zaman uca tutulur. Cənab prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-u ölkəmizdə "Dövlət Bayrağı Günü" kimi təntənəli şəkildə qeyd olunur. Azərbaycan bayrağını daha da ucaldan, onun şərəfini və şöhrətini bütün dünyaya tanıdan ən mühüm amil xalqımızın milli birliyi və Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdir. 44 günlük müharibə dövründə və sonrakı antiterror tədbirləri nəticəsində rəşadətli Azərbaycan Ordusu işğaldan azad edilən hər bir qarış torpağımızda – Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə üçrəngli bayrağımızı ucaltdı. 44 günlük müharibə xalqımızın əyilməz iradəsini, yumruq kimi birləşdiyini və hərbi-siyasi gücünü bütün dünyaya sübut etdi. Həmin günlərdə hər bir azərbaycanlının ürəyi dövlət bayrağımızın zəfərlə dalğalanacağı o müqəddəs an üçün döyünürdü. Bu gün Azərbaycan bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzmlə və əbədi olaraq dalğalanır. Azərbaycan bayrağı dövlət müstəqilliyimizin və milli birliyimizin rəmzidir Səhifə 1 / 2 Bayrağımızdakı mavi rəng türkçülüyümüzü, yaşıl rəng islam sivilizasiyasını, qırmızı rəng isə müasirliyi, demokratiyanı və inkişafı simvolizə edir. Bu üç rəngin birləşməsi xalqımızın həm tarixi köklərinə sadiqliyini, həm də müasir dünya ilə ayaqlaşdığını göstərir. Hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bayrağımızı göz bəbəyi kimi qorumaq, onu daha da uca tutmaq borcunu dərindən dərk etməlidir. Unutmamalıyıq ki, bayraq xalqın şərəfi, namusu, qüruru və azadlıq simvoludur. Üçrəngli bayrağımızın hər zaman əzmlə dalğalanması xalqımızın milli birliyinin, əbədi müstəqilliyimizin və sarsılmaz gücünün əyani sübutudur.

Bakı şəhəri, Sabunçu rayonu Z. Bəhmənov adına 68 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zeynalova Günel


Tarix: 5-11-2026, 12:09


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30