
3500 km uzunluğunda olan Cənub Qaz Dəhlizinin formalaşmasının başa çatdırılması məhz prezident İlham Əliyevin qətiyyəti sayəsində olmuşdur. Bu Azərbaycana nəyi bəxş etmişdir? Azərbaycan özünün qaz təchizatının coğrafiyasını genişləndirmişdir. Neft hasilatından təbii qaz istehsalına keçidi reallaşdırmağı bacarmışdır. İlham Əliyev qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verməklə dünyanın nəzərini ölkəmizə yönəltmiş oldu. Ölkəmiz üçün bu yalnız valyuta axınının təmin edilməsilə kifayətlənmir, eyni zamanda genismiqyaslı regional əməkdaşlığa zəmin yaradır.
Prezidentimizin bu yönümdə atdığı addımlar öz bəhrəsini verir. Belə ki Şərqi Avropa qrupuna daxil olan ölkələr COP29 konfransının Azərbaycanda keçirilməsinə razılıq vermişlər. Biz hazırda mavi yanacaq təminatı ilə bağlı Avropanın 10- a yaxın dövləti ilə işbirliyindəyik. Yolumuz ilk olaraq Gürcüstandan başlamışdır. Daha sonralar Serbiya hətta Albaniyayadək uzanmışdır. Bu səfər Serbiya ilə ola biləcək hərbi əməkdaşlıq yönündə bir mesajdır. Bu səfər çərçivəsində silah sursatın da nümayişi baş tutub. İstehsalçı ölkələr üçün 2022 ci ildə yaşanan təlatümlü vəziyyət hələ də bitməyib. Qırılan enerji zəncirinin bərpası üzrə yeni addımlar atılır. Prezident İlham Əliyevin bu səfəri də hərtərəfli əlaqələrin artırılmasına şərait yaradacaqdır. Serbiya-Bolqarıstan birləşdirici kəməri Azərbaycandan qaz idxalına başlanmasına hazırlıq və bu yöndə atılan ilk addımlardan biri kimi qiymətləndirilə bilər. Serbiya gələn il üçün 400 milyon kubmetr qazın alqı satqısı ilə bağlı Azərbaycanla saziş imzalayıb. 2027 ci ildə artıq bu qaz həcmlərinin 1 milyard kubmetrə qədər artırılması planlaşdırılmışdır. Serbiya mühüm layihələrdə iştirak edir. Bu cəhətdən də Serbiya ilə əməkdaşlıq bizə müsbət yöndə çox şey qazandıra bilər. Hər iki dövlət beynəlxalq aləmdə bir- birini dəstəkləyən tərəfdaş ölkələrdir. Prezident İlham Əliyevin həmişə olduğu kimi bu uzaqgörən siyasəti də Azərbaycanın parlaq gələcəyinin bir hissəsidir.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
fiziki tərbiyə müəllimi Mirzə Mirzəli
Bölməyə aid digər xəbərlər