
Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, qazandığı uğurlar iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirləri yer alıb. Bu gün artıq Azərbaycan dünya arenasında etibarlı tərəfdaş və sadiq müttəfiq kimi qəbul olunur. Əlbəttə ki bu uğura səbəb dövlətimizin apardığı düzgün, ardıcıl və uzaqgörən siyasət nəticəsində nail olmuşuq. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik olan bir dövlətdir və bu siyasət ölkəmizin milli maraqlarına əsaslanır. Sabit sistemə malik olan dövləti mütləq şəkildə qarşıdurmalaradan iğtişaş və çaxnaşmalardan qorumaq lazımdır.
Hətta torpaqlarımızın 20 faizi işğal altında olanda belə Azərbaycanın iqtisadiyyatı inkişaf edib. Beləki, dövlətin apardığı genişmiqyaslı islahatlar, xarici dövlətlərlə qurulan ticari, siyasi və iqtisadi əlaqələr investisiya axını ölkə iqtisadiyyatının dirçəlməsinə səbəb olmuşdur. Eyni zamanda neft və qaz hasilatının genişlənməsi, beynəlxalq səviyyəli layihələrin reallaşması Azərbaycanı nəinki regionda lider dövlətə çevirdi, eyni zamanda bir çox Avropa ölkələrinin neft və qazla təmin edilməsində aparıcı ölkə statusunu qazandırdı. Gələcəkdə Şimal-Cənub ,Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi və 10 milyonlarla ton əlavə yüklərin daşınması iqtisadiyyatımızın bir daha inkişafı və uğuru deməkdir.. İşğaldan azad edilmiş ərazilərdə aparılan təmir-tikinti, quruculuq-bərpa işləri iqtisadiyyatımızın gücünü və prespektivini göstərir.
Təsadüfi deyil ki, Azərbaycan dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb. Prezidentin müsahibədə dediyi kimi, Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Azərbaycan hazırda Ermənistanla sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif irəli sürmüşdür. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Prezident müsahibəsində Ermənistandan qovulan azərbaycanlılarla bağlı bildirdi ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. "Qarabağ ermənilərinə gəlincə, dövlətimiz hər zaman bəyan edir ki, könüllü şəkildə Ermənistana köçən həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşaya bilərlər. Bu məqsədlə Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Azərbaycan çoxmillətli dövlətdir. Bir humanist dövlət olaraq irqindən ,dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün millətlərə hörmət və ehtiramla yanaşır.
Maştağa qəsəbəsi, 293 saylı orta məktəbin
ingilis dili müəllimi Lamiyə Mikayılova
Bölməyə aid digər xəbərlər