
Müasir dövlətçilik anlayışında rəhbərin cəmiyyətdən uzaq deyil, xalqla iç-içə olması mühüm prinsip hesab olunur. Bu prinsipi uğurla tətbiq edən və bölgəsində əsl xalq adamı kimi tanınan rəhbərlərdən biri də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdur.
Seymur Orucov rəhbər təyin olunduğu ilk gündən etibarən Ağstafa rayonunda genişmiqyaslı dəyişikliklərin əsas müəllifi olmuşdur. Onun idarəçilik fəlsəfəsi sadə, lakin olduqca təsirli bir qaydaya əsaslanır: “Əvvəlcə xalqı dinlə, sonra qərar ver.” Bu yanaşma sayəsində Seymur Orucov rayonda ictimai razılığa əsaslanan və ehtiyaclara cavab verən idarəetmə sistemini formalaşdırmışdır.
Rayonda həyata keçirilən layihələr sırasında yolların bərpası, yaşayış məntəqələrinin abadlaşdırılması, su və kanalizasiya sistemlərinin yenilənməsi, təhsil və səhiyyə müəssisələrinin modernləşdirilməsi, gənclər üçün idman meydançalarının tikintisi xüsusi yer tutur. Bütün bu işlərdə vətəndaşların iştirakı təmin olunur, onların təklif və iradları nəzərə alınır.
Ağstafanın kənd və qəsəbələrində keçirilən səyyar qəbul-görüşlər, yerində vətəndaş müraciətlərinə baxılması, sosial problemlərin birbaşa dinlənilməsi bu gün rayon sakinlərinin öz rəhbərinə olan inamını daha da gücləndirib. İnsanlar artıq öz problemlərini rahatlıqla çatdırır, onların tez və ədalətli şəkildə həll olunacağından əmin olurlar.
Seymur Orucovun fəaliyyətində diqqət çəkən mühüm sahələrdən biri də vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərilən dəstəkdir. O, bu kateqoriyadan olan insanlara mənəvi və maddi baxımdan daim diqqət göstərir, onların cəmiyyətə inteqrasiyasını prioritet sayır. Əmək və sosial müdafiə layihələrinin rayonda uğurla həyata keçirilməsi məhz onun şəxsi təşəbbüs və dəstəyi ilə mümkün olmuşdur.
Eyni zamanda, icra başçısı gənclərin inkişafı, regionda turizmin dirçəldilməsi, yaşıllaşdırma və ekoloji layihələr, əlilliyi olan şəxslərin sosial həyatda fəal iştirakı kimi sahələrdə də önəmli təşəbbüslərlə çıxış edir. O, Ağstafanı hərtərəfli inkişaf edən, xalqın rifahına yönəlik layihələrlə addımlayan bir rayona çevirməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə uğurla irəliləyir.
Seymur Orucov bu gün təkcə vəzifə sahibi deyil, həm də xalqın yanında olan, xalqın içindən çıxan, xalqa xidmət edən bir rəhbər obrazıdır. Onun fəaliyyəti dövlətin və Prezident İlham Əliyevin siyasətinə sadiqliyin, vətəndaşa xidmətin və gələcəyə inamla baxmağın ən gözəl nümunələrindən biridir.
Bölməyə aid digər xəbərlər