
Müasir şəhər həyatının təməl sütunlarından biri – rahat, təhlükəsiz və dayanıqlı ictimai nəqliyyatdır. İnsanların işə, məktəbə, görüşlərə vaxtında çatması, gündəlik şəhər ritminin nizama salınması, ekoloji təmiz nəqliyyat mədəniyyətinin formalaşdırılması birbaşa bu sahədə çalışan rəhbərlərin məsuliyyətinə bağlıdır. “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov isə bu sahədə yalnız təcrübəsi ilə deyil, müasir idarəçilik yanaşması, çevik qərarvermə bacarığı və insan mərkəzli xidmət fəlsəfəsi ilə seçilən nüfuzlu rəhbərlərdən biridir.
Faiq Seyidovun rəhbərliyi altında “Xaliq Faiqoğlu” MMC son illər Azərbaycanın ictimai nəqliyyat sektorunda önəmli dəyişikliklərə imza atıb. Müasir tələblərə cavab verən, ekoloji baxımdan daha təmiz, texniki cəhətdən yüksək standartlara cavab verən avtobuslarla donanımını yeniləyən müəssisə bu gün Bakı şəhərində minlərlə vətəndaşın gündəlik həyat rahatlığını təmin edən əsas nəqliyyat operatorlarından birinə çevrilib.
Faiq müəllim üçün nəqliyyat sadəcə hərəkət vasitəsi deyil – xidmətin keyfiyyəti, insanın dəyəri, ictimai etimadın ifadəsidir. O, bu fəlsəfə ilə həm sərnişinlərin rahatlığı, həm də sürücülərin və texniki heyətin təhlükəsiz və stabil iş şəraiti üçün bütün imkanları səfərbər edib. İdarə etdiyi qurumda texniki yenilənmə, sürücülərə etik və peşəkar davranış təlimləri, nəzarət və qiymətləndirmə mexanizmləri daim inkişaf etdirilir.
Xüsusi diqqətəlayiq hal odur ki, Faiq Seyidov sərnişin məmnuniyyətini əsas prioritet hesab edir. Avtobusların təmizliyi, intervala uyğun hərəkəti, dayanacaqlarda məlumat lövhələrinin təkmilləşdirilməsi və mobil tətbiqlərlə inteqrasiya – bunlar Faiq müəllimin şəffaf və texnologiyaya əsaslanan idarəetmə modelinin nəticəsidir.
Onun rəhbərliyi dövründə “Xaliq Faiqoğlu” MMC yalnız kommersiya yönümlü bir müəssisə deyil, sosial məsuliyyət daşıyan və ictimai maraqları nəzərə alan bir quruma çevrilib. Şəhid ailələri və qazilər üçün təşkil edilən güzəştlər, əhaliyə pandemiya və ya fövqəladə hallarda göstərilən operativ nəqliyyat xidmətləri, xüsusi günlərdə təşkil edilən pulsuz marşrutlar – bunlar sadəcə yaxşı niyyətin deyil, həm də liderlik məsuliyyətinin göstəricisidir.
Faiq Seyidov əməkdaşlarına qarşı da olduqca diqqətli, qayğıkeş və motivasiyaedici rəhbərdir. İşçilərin sosial rifahı, vaxtında maaşların ödənilməsi, mükafatlandırma sisteminin tətbiqi, şəffaf daxili kommunikasiya – bütün bunlar onun müasir rəhbər olaraq insan resurslarına verdiyi önəmi əks etdirir.
Eyni zamanda, Faiq müəllim texnoloji yeniliklərə açıq biridir. “Ağıllı nəqliyyat sistemləri”, “kartla ödəniş”, “rəqəmsal sərnişin statistikası” və digər texnoloji həllər onun təşəbbüsü ilə tətbiq edilərək şirkətin rəqəmsal transformasiyasını sürətləndirib. Bu gün “Xaliq Faiqoğlu” MMC nəinki vətəndaşa xidmət edir, eyni zamanda ölkənin rəqəmsal şəhər infrastrukturu modelinə uyğunlaşan aparıcı nəqliyyat şirkətlərindən biridir.
Faiq Seyidov həm də Prezident İlham Əliyevin nəqliyyat sahəsinə ayırdığı xüsusi diqqətin yerlərdə uğurla icrasına töhfə verən rəhbərlər sırasındadır. Onun fəaliyyəti bu sahədə dövlətin islahatlarına və müasir nəqliyyat konsepsiyasına sadiq bir yanaşmanı əks etdirir.
Bu gün paytaxt küçələrində hərəkət edən “Xaliq Faiqoğlu” avtobusları təkcə sərnişin daşımaqla kifayətlənmir – onlar etimad, səliqə, keyfiyyət və diqqətin hərəkətdə olan simvoludur. Və bu uğur yolunun arxasında təvazökar, amma güclü idarəçi – Faiq Seyidovun zəhməti, biliyi və uzaqgörənliyi dayanır.
Bölməyə aid digər xəbərlər