
Paytaxtın dinamik inkişaf edən və strateji baxımdan mühüm ərazilərindən biri olan Xətai rayonu son illər ərzində təkcə tikinti və infrastruktur baxımından deyil, həm də abadlıq və kommunal xidmətlər sahəsində ciddi irəliləyişlərlə yadda qalır. Bu inkişafın mərkəzində isə Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin səmərəli və sistemli fəaliyyəti dayanır. Məhz bu mühüm qurumun rəhbəri – Fəxrəddin Məmmədov öz peşəkarlığı, idarəçilik təcrübəsi və xalqa xidmət prinsipi ilə bu sahədə nümunəvi bir idarəetmə modeli ortaya qoyub.
Fəxrəddin Məmmədovun rəhbərliyi altında Birliyin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Rayon ərazisindəki çoxmənzilli binaların təmiri, dam örtüklərinin və giriş bloklarının yenilənməsi, həyətlərin abadlaşdırılması, uşaq meydançalarının quraşdırılması və ya təmiri istiqamətində həyata keçirilən layihələr birbaşa vətəndaş məmnunluğuna yönəlib. Xüsusilə yaşayış sahələrinin sanitar vəziyyətinin yaxşılaşdırılması, zibillərin vaxtında daşınması və ərazidə ümumi təmizlik işlərinin müntəzəm həyata keçirilməsi, xidmətin səviyyəsini xeyli yüksəldib.
Xətai rayonunda yerləşən əhalinin sıx yaşadığı binaların və həyətyanı sahələrin abadlıq vəziyyəti daim nəzarətdə saxlanılır. Ərazidə aparılan təmir-bərpa və təmizlik işləri həm şəhər estetikası, həm də ictimai sağlamlıq baxımından olduqca vacibdir. Bu sahədə Fəxrəddin Məmmədovun rəhbərliyi ilə görülən işlər rayon sakinləri tərəfindən yüksək qiymətləndirilir.
Fəxrəddin Məmmədov idarəçilikdə şəffaflıq, məsuliyyət və operativlik prinsipini əsas tutur. Vətəndaşlardan daxil olan müraciət və təkliflər diqqətlə təhlil olunur, operativ şəkildə həllini tapır. Onun rəhbərliyi altında əməkdaşların məsuliyyət və nizam-intizamı gücləndirilib, xidmətin səviyyəsi mərhələli şəkildə yüksəldilib. Birliyin işçiləri arasında komanda ruhu və peşəkarlıq ənənəsi formalaşdırılıb, bu da xidmətin nəticələrinə birbaşa təsir edir.
Xüsusi qeyd olunmalıdır ki, Fəxrəddin Məmmədov sosial həssas təbəqəyə – şəhid ailələrinə, qazilərə, tənha yaşlılara və aztəminatlı ailələrə xüsusi diqqətlə yanaşır. Onların yaşadığı binalarda əsaslı təmir, həyətlərin abadlaşdırılması və kommunal şəraitin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Eyni zamanda, Fəxrəddin Məmmədovun fəaliyyətində ölkə rəhbərliyinin – xüsusilə də Prezident İlham Əliyevin şəhərsalma, abadlıq və vətəndaş rahatlığına yönəlmiş siyasətinə uyğunluq aydın şəkildə görünür. O, bu siyasətin yerli səviyyədə uğurla icraçılarından biri kimi tanınır və fəaliyyətində dövlət başçısının “Xalqa xidmət edən məmur” prinsipini əsas götürür.
Nəticə etibarilə, Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin fəaliyyəti bu gün paytaxtın nümunəvi xidmət strukturlarından biri kimi çıxış edir. Bu uğurların arxasında isə güclü idarəetmə bacarığı, məsuliyyət və xalqa xidmət missiyası ilə çalışan bir rəhbər – Fəxrəddin Məmmədov dayanır. Onun fəaliyyəti təkcə Xətai rayonunun deyil, ümumilikdə paytaxtın şəhər infrastrukturunun dayanıqlı inkişafına töhfə verir.
Bölməyə aid digər xəbərlər