
Qrenlandiyanın baş naziri Mute Eqede Danimarkadan müstəqillik əldə etmək istədiyini açıqlayıb. "Bu barədə Reuters xəbər verir.
Onun sözlərinə görə, tarix və indiki şərtlər göstərir ki, Qrenlandiyanın Danimarka ilə əməkdaşlığı tam bərabərliyin yaradılmasına gətirib çıxarmayıb.
“İrəliləmək və gələcəyi özümüz formalaşdırmaq vaxtıdır, o cümlədən kiminlə sıx əməkdaşlıq etdiyimiz və ticarət tərəfdaşlarımızın kim olacağına özümüz qərar verməliyik”, Eqede deyib.
Onun sözlərinə görə, müstəqillik haqqında qərarı Qrenlandiya xalqı verməlidir, lakin müvafiq iradə ifadəsinin nə vaxt keçirilə biləcəyini açıqlamayıb.
Qrenlandiya 1953-cü ilə qədər Danimarkanın koloniyası olub. Hazırda Danimarkanın özünü idarə edən ərazisidir və 2009-cu ildə müstəqillik hüququ qazanıb. Adanın 57 min sakininin əksəriyyətinin müstəqillik qərarını dəstəklədiyi güman edilir.
Dekabrın 23-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Qrenlandiya Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməlidir. Gələcək Amerika prezidenti qeyd edib ki, Qrenlandiyaya sahiblik və nəzarət mütləq zərurətdir. Onun sözlərinə görə, bu, bütün dünyada milli təhlükəsizlik və azadlıq məqsədləri üçün lazımdır. Sonradan məlum olub ki, Danimarka krallığı Qrenlandiyanın müdafiəsi üçün əlavə vəsait ayırmaq qərarına gəlib.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.