Polis Makronun kortejini saxladı - Trampa zəng etdi - Video

Polis Makronun kortejini saxladı - Trampa zəng etdi - Video

Nyu-Yorkda ABŞ polisi Fransa Prezidenti Emmanuel Makronun kortejini saxlayıb.

“Qafqazinfo” Fransanın “BFMTV” telekanalına istinadən xəbər verir ki, hadisə Makronun BMT-nin ofisini tərk edərkən baş verib.

Buna səbəb isə həmin ərazidən ABŞ lideri Donald Trampın kortejinin keçməsi və buna görə yolun bağlı olması olub. 

Yolun niyə bağlı olması ilə bağlı polisə müraciət edən Makrona “Təəssüf edirəm, cənab Prezident, hazırda yol bağlıdır” cavabı verilib. 

Bunun ardınca, Fransa prezidenti amerikalı həmkarına zəng edərək onun kortejinə görə yolda hərəkətsiz qaldığını zarafatla bildirib.

Bir müddətdən sonra yol piyadalar üçün açılıb və Makron yoluna piyada davam etmək qərarına gəlib. 

Fransa mediasında yayılan kadrlardan Fransa liderinin həmin an Trampla söhbətini də davam etdirdiyini görmək mümkündür.

Həmin görüntüləri təqdim edirik:



Tarix: Bu gün, 12:33


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930