Krımda Rusiyanın logistikasını məhv edirik - Zelenski

Krımda Rusiyanın logistikasını məhv edirik - Zelenski

Ukraynanın uzaqmənzilli dronları müvəqqəti işğal olunmuş Krımda rus işğalçılarına dəqiq zərbələr endirir və logistikanı məhv edir.

"Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Nyu Yorkda keçirilən Krım platformasının sammitində deyib.

Zelenski qeyd edib ki, Ukraynanın zərbələrinin məqsədi Rusiyanın Krımı böyük hərbi bazaya çevirməsinin qarşısını almaqdır:

“Biz bunu xalqımızın həyatını qorumaq üçün etməliyik. Bizim uzaqmənzilli pilotsuz uçuş aparatlarımız dəqiq zərbələr endirir və Rusiya logistikasına təzyiqimiz öz nəticəsini verir. Rusiya hərbi maşını isə çox ciddi sınaqlarla üz-üzədir”.

Qeyd edək ki, sentyabrın 23-nə keçən gecə Ukrayna işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurub.


Tarix: 25-09-2025, 09:29


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031