Əhaliyə XƏBƏRDARLIQ! Bu xəstəlik yenə sürətlə yayılır, simptomları isə...

İngiltərədə COVID-19-un yeni "Stratus" ştammı sürətlə yayılmağa başlayıb.

mütəxəssislərin sözlərinə görə, bu variant xüsusilə səsdə dəyişiklik – boğuq və kəsik danışıqla seçilir. Bununla yanaşı, klassik simptomlar – öskürək, boğaz ağrısı, yorğunluq və burun axması da müşahidə olunur.

"Stratus" ilk dəfə 2025-ci ilin yanvarında Cənub-Şərqi Asiyada qeydə alınıb və artıq 38 ölkədə yayılıb. İngiltərədə isə XFG.3 alt ştammı iyun ayından yoluxmaların 40%-ni təşkil edir.

ÜST bu variantı “nəzarət altında olan ştamm” kateqoriyasına daxil edib. Həkimlər qeyri-adi simptomlar hiss edən şəxslərə test verməyi və tibbi məsləhət almağı tövsiyə edirlər.

İnsanlara peyvənd və şəxsi gigiyena qaydalarına əməl etməklə qorunmaq məsləhət görülür.


Tarix: 29-09-2025, 09:57


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31