
ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiyanın dərinliklərindəki ərazilərə zərbələrə endirməyə razılıq verib.
Bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
O qeyd edib ki, bu qərar Tramp administrasiyasının rəsmiləri tərəfindən də dəstəklənir.
"ABŞ prezidenti Ukraynanın Rusiyaya uzaqmənzilli silahlarla birbaşa zərbə vura biləcəyinə inanırmı?" sualına Kelloq cavab verib ki, buna prezident icazə verib.
"Düşünürəm ki, onun (Tramp), vitse-prezident C.D. Vens və katib Marko Rubionun dediklərini oxuyun. Onların cavabından hər şey bəlli olacaq. Uzaq məsafədən zərbə vurmaq bacarığından istifadə edin", - amerikalı diplomat qeyd edib.
Eyni zamanda o qeyd edib ki, bəzən Pentaqon Ukraynaya belə zərbələr endirməyə icazə vermirdi.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.