
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ABŞ-dan alınan təbii qazın bahalı olması ilə bağlı iddialara cavab verib.
"Nazir dünyada ən ucuz təbii qazın ABŞ bazarında olduğunu vurğulayaraq bildirib ki, bu qiymət Rusiyanın təklif etdiyindən də aşağıdır.
Onun sözlərinə görə, Avropada əsas qiymət mərkəzi Hollandiya bazarıdır. Yaponiya–Koreya və Böyük Britaniya bazarlarında isə tariflər daha yüksəkdir.
Bayraktar qeyd edib ki, Türkiyə 2016-cı ildən bəri qaz idxalının bir hissəsini ABŞ-dan LNG şəklində həyata keçirir. Hazırda ölkədə istehlak olunan qazın təxminən 10 faizi ABŞ-dan spot müqavilələrlə gətirilən LNG-dir. Nazir bildirib ki, hasilat, nəql, mayeləşdirmə və daşınma da daxil olmaqla bütün xərclər nəzərə alındıqda, ABŞ LNG-si ən rəqabətqabiliyyətli mənbələrdən biri hesab olunur. “ABŞ qazı bahadır” iddiaları isə, onun fikrincə, bazar mexanizmlərini bilməmək və ya ictimaiyyəti yanıltmaq məqsədi daşıyır.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.