Fələstin Baş naziri: Müharibə bitdikdən sonra Qəzza üçün bərpa planları hazırdır

Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa bildirib ki, İsrailin hərbi hücumu başa çatan kimi hökumət Qəzzada bərpa işlərinə başlamağa tam hazırdır.

"Report" "Times of İsrael"ə istinadən xəbər verir ki, baş nazir qeyd edib ki, əsas prioritetlər arasında dağıntıların təmizlənməsi, yolların açılması və müvəqqəti sığınacaqların təmin edilməsi yer alır.

Planın tərkibində Qahirədə Bərpa Konfransının keçirilməsi də var. Bu konfrans yerli və beynəlxalq tərəfdaşlarla hazırlanmış 3500-ə yaxın layihəni əhatə edən 56 proqram üçün maliyyə toplamağı hədəfləyir.


Tarix: 2-10-2025, 10:11


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930