Venesuela narkotik kartelləri tezliklə qurudan narkotik qaçaqmalçılığına başlayacaqlar və ABŞ-ın bu zaman onlara qarşı quruda əməliyyat keçirməsi gözləniləndir. Bunu prezident Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Virciniya ştatının Norfolk şəhərindəki Atlantik Donanması bazasında xidmətin 250-ci ildönümü münasibətilə çıxışında deyib: "Onlar artıq dəniz yolu ilə gəlmirlər, ona görə də quruya baxmalıyıq, çünki onlar qurudan gəlməli olacaqlar. Və sizə deyim ki, bunun onlar üçün sonu yaxşı olmayacaq".
Ağ Ev rəhbəri həmçinin ABŞ ordusunun ABŞ-ın narkotik daşıdığına inandığı başqa bir gəmiyə hücum etdiyini açıqlayıb: "Həmin qayıqların hər biri 25 000 amerikalının ölümünə və onların ailələrinin məhvinə görə məsuliyyət daşıyır. Əgər bu cür düşünsəniz, biz yaxşı bir iş görürük və dünən gecə başqa bir iş gördük".
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.