Merkel: Ukrayna müharibəsinin səbəbkarları bu ölkələrdir

Merkel: Ukrayna müharibəsinin səbəbkarları bu ölkələrdir

Almaniyanın keçmiş kansleri Angela Merkel Polşanı və Baltikyanı ölkələri Ukraynada müharibənin başlanmasında ittiham edib.

Bunu Macarıstanın “Partizan” nəşrinə müsahibəsində bildirib.

Merkelin sözlərinə görə, Polşa, Latviya, Litva və Estoniya onun Avropa İttifaqı (Aİ) və Rusiya arasında dialoqun yeni formatlı təklifinə qarşı çıxmaqla 2021-ci ildə Ukrayna böhranının həlli cəhdini sabotaj ediblər və bununla da dolayı yolla silahlı münaqişənin başlanmasına səbəb olublar.

"Hər halda, bu nəticə vermədi. Sonra mən vəzifəmi tərk etdim və bundan sonra Ukraynada müharibə başladı", - o qeyd edib.

Merkel vurğulayıb ki, müharibə dialoq olmadan həll edilə bilməz.


Tarix: 6-10-2025, 15:30


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31