
Müharibələr dayandırılmasa, süni intellekt insana güc gələcək.
Bunu Ukrayna parlamentinin deputatı İvan Krilenko Milli Məclisdə keçirilən QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında deyib.
Onun sözlərinə görə, süni intellekt bu minilliyin bəlkə də ən vacib nailiyyətidir: "Hazırda düşünülür ki, süni intellekt insanlığa qarşı silahdır. Bu gün Avropanın mərkəzində - Ukraynada müharibə üç ildir davam edir. Biz sadəlövh olmamalıyıq. Suveren Ukrayna ərazisinə yüzlərlə tank, qırıcı təyyarələr daxil olub. Döyüş meydanlarında dronlar var. Dronu idarə edən pilotlara isə süni intellekt kömək edir. Obyektlərin bir çoxu məhz dron vasitəsilə vurulur. Bütün bunlar süni intellektin bir növüdür".
Deputatın fikrincə, müharibələr dayandırılmasa, süni intellekt insana güc gələcək: "Müharibələrin əvəzində diqqəti başqa problemlərə, iqlim dəyişikliklərinə, pandemiyalara yönəldə bilərik".
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.