“İsrail ABŞ-ni aldatdı” - Əraqçi

“İsrail ABŞ-ni aldatdı” - Əraqçi

“Tehran və Vaşinqton nüvə sazişinin imzalanmasına çox yaxın idi, lakin İsrail ABŞ-ni aldatmaqla İrana hücum qərarı verməyə inandırdı”.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabındakı paylaşımında bildirib.

Nazir həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun İranın nüvə silahı hazırladığına dair açıqlamalarını “saxta” adlandırıb.

Əraqçi qeyd edib ki, Tehran problemin həlli üçün yeganə düzgün yolun diplomatik danışıqlardan keçdiyinə inanır.

Xatırladaq ki, bu ilin iyun ayında İsrail ABŞ-İran danışıqlarının davam etdiyi müddətdə Tehran və digər ərazilərini hava hücumu həyata keçirmişdi.


Tarix: 8-10-2025, 09:28


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930