
"Brüssel Moldovanı müharibəyə hazırlaşdırır və ona Avropa İttifaqının gələcək üzvü kimi deyil, cəbhə xəttinə yaxın ərazi kimi baxır".
"TASS" xəbər verir ki, bunu Moldovanın sabiq prezidenti İqor Dodon deyib.
“Avropa İttifaqının indiki rəhbərliyi Moldovanı müharibəyə hazırlaşdırır və ölkəmizə Avropa İttifaqının gələcək üzvü kimi deyil, öz geosiyasi rəqiblərinə qarşı istifadə edə biləcəkləri cəbhəxətti ərazi kimi baxır. Buna görə də onlara burada özlərinə tabe olan hakimiyyət – Maya Sandu və onun Fəaliyyət və Həmrəylik Partiyası lazımdır. Elə buna görə də onlar Moldovanı hərbi texnika ilə təmin edirlər ki, zərurət yaranacağı təqdirdə xəritədə daha bir “qaynar nöqtə” yaratsınlar”, – Dodon teleqram kanalında yazıb.
Bundan əvvəl Moldova parlamenti Sandu tərəfindən təklif olunan milli təhlükəsizlik strategiyasını təsdiqləmişdi. Həmin sənəddə Rusiya əsas təhlükə kimi göstərilib. Strategiyada qeyd olunur ki, Moldova Konstitusiyada təsbit olunmuş daimi neytrallığına baxmayaraq, bu sahədə NATO və Aİ ölkələri ilə əməkdaşlığı gücləndirəcək və silahlanmaya xərcləri artıracaq. İqtisadi böhran dövründə müdafiəyə milyonlarla dollar xərclənməsi bütün müxalifət partiyaları tərəfindən tənqid olunur.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.