
ABŞ Prezidenti Donald Tram indi də Venesuelaya ölkəyə qarşı hərbi əməliyyata hazırlaşır.
Bunu ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton Nyu Yorkda Xarici Əlaqələr Şurasının (CFR) təşkil etdiyi paneldə dinləyicilərin suallarını cavablandırarkən deyib.
Tramp administrasiyasının Karib hövzəsi regionunda artan hərbi fəaliyyəti ilə bağlı sualı cavablandıran Klinton deyib ki, onlar Maduroya qarşı hansısa hərbi əməliyyat üçün zəmin yaradırlar.
Klinton iddia edib ki, ABŞ-nin əsl niyyəti narkotiklərin qarşısını almaq deyil, Maduro administrasiyası ilə qarşıdurma yaratmaqla onu hakimiyyətdən əl çəkməyə məcbur etməkdir.
Klinton narkotiklərin ABŞ-yə Venesueladan deyil, Çindən Meksikaya daşındığını vurğulayaraq bildirib ki, burada daha böyük bir məqsəd var.
Maduronun kənardan müdaxilə ilə devriləcəyi təqdirdə Venesuelanın Qəddafidən sonra Liviyaya bənzəyəcəyi barədə xəbərdarlıq edən Klinton belə davam edib: "Cənubi Amerika sahillərində nəhəng Somali yaranacaq".
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.