
“Ermənistan sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla görüşə və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üçün əməli addımlar atmağa hazırdır”.
Ermənistan KİV xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclasında çıxışı zamanı deyib.
Diplomat xatırladıb ki, Ermənistan müəyyən prinsiplərə əsaslanan sülh sazişinin bağlanmasının tərəfdarıdır: rəsmi Bakı və İrəvan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması; MDB-nin prinsipləri və məqsədləri haqqında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və sonra demarkasiyası; ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericiliyi, bərabərliyi, qarşılıqlılığının tanınması əsasında regionda kommunikasiyaların açılması.
"Ermənistan tərəfi sadalanan prinsiplərə sadiqliyini təsdiqləyir və bu istiqamətdə əməli addımlar atmağa hazır olduğunu nümayiş etdirir", - o əlavə edib.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.